Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı. Lakin Xenan əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu sülalənin m

Şan sülaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Şan sülaləsi

Şan sülaləsi — e.ə. 1554 və e.ə. 1046-cı illər arasında mövcud olmuş Çin səltənəti.

Mündəricat

Tarixi

XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı. Lakin Xenan əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu sülalənin mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-qen hökmdarının hakimiyyəti zamanı (E.ə. 1401 - E.ə. 1374-cü illər) Xuanxedən cənuba uzanan və tez-tez daşqınlara məruz qalan rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun gəlirdi. O dövrlər paytaxtın yeni ərazisi İn adlanırdı. Bu səbəbdən də Şan sülaləsi Çin tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı.

Paytaxtın Anyana köçürülməsi İn mədəniyyətində bir sıra inqilabi dəyişikliklərlə müşayiət olundu. Bu, ilk növbədə, yazının və kifayət qədər mükəmməl təqvimin yaranması, gümüş tökmənin inkişafı, şum təmizləmə əkinçiliyinə keçid və at qoşqulu arabadan istifadənin başlanmasıdır.

Şan-İn sülaləsi dövründə heroqlif yazısı meydana gəldi, ipəkçiliyin və ipək toxuculuğun inkişafı isə yüksək səviyyəyə çatdı. Bu dövr haqqında məlumatlar tısbağa qınından və gələcəkdən xəbər vermək üçün nəzərdə tutulmuş heyvan sümüklərindən olan lövhələrdəki yazılarda qalmışdır. Şan dövründə istehsal olunmuş bir neçə üstü yazılı gümüş qab aşkara çıxarılmışdır. O, hər kəsin məhdud hüquq və vəzifələrinin olduğu hərbiləşdirilmiş, totalitar cəmiyyət idi. Məsələn, əgər sən kəndlisənsə, müəyyən ölçüdə olan, həsir damlı evdə yaşamaq və yalnız qarğıdalı ilə qidalanmaq, düyüdən isə ancaq bayram günləri istifadə etmək hüququn vardı. Cəmiyyət təbəqələrə bölünürdü. Bu iyerarxiyada ən yüksək mövqeyi hərbçilər, sonra əkinçilər, sənətkarlar tutur, ən aşağı səviyyədə isə ticarətçilər və aktyorlar dururdular. Bu səbəbdən çinlilər uzun əsrlər boyu biznes və ticarətlə məşğul olan insanlara hörmətlə yanaşmırdılar. Ən nəcib iş hərbçi peşəsi, sülh dövründə isə əkinçilik sayılırdı. Hətta imperator da öz tarlasının becərir və məhsul toplayırdı.

Şan-İn sülaləsinin torpaqları (E.ə. 1122-ci il)

Şan-İn sülaləsinin torpaqları müasir Çinin ərazisinin çox da böyük olmayan hissəsini əhatə edirdi. Şərqdən o, Sarı dənizə qədər, qərbdə – Vey çayının mənşəyinə, şimaldan demək olar ki, sonralar Böyük Çin səddinin tikildiyi yerlərə, cənubda Yantszı çayına qədər çatırdı.

Ədəbiyyat

  • Sıma Tzyan. Исторические записки. Т. 1. (перевод Вяткина Р.В. и Таскина В.С.). М., 2001
  • Васильев К.В. Истоки китайской цивилизации. М., 1998.
  • Варёнов В.А. Вооружение и военное дело иньского Китая. Новосибирск, 1996
  • История Китая: Учебник (по ред. А.В. Меликсетова). М., 2004. С.16-26 (автор раздела Л.С.Васильев)

Həmçinin bax

  • Çin tarixi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şan sülaləsi sözünün mənası, şan sülaləsi haqqında məlumat. şan sülaləsi nədir? şan sülaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Proletariat diktaturası

  • Fevral 27, 2026

    .gr

  • Fevral 26, 2026

    Şimali Çin

  • Fevral 27, 2026

    Diribaba türbəsi

  • Mart 01, 2026

    Yakov Zeldoviç

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst