Şamil bəy Həsən oğlu Qazıyev (30 mart 1908, İrəvan – 13 iyul 1980, Bakı) — rəssam, əməkdar incəsənət xadimi.
| Şamil Qazıyev | |
|---|---|
| Şamil bəy Həsən oğlu Qazıyev | |
| Doğum tarixi | |
| Doğum yeri | İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
| Vəfat tarixi | |
| Vəfat yeri | |
| Uşağı |
|
| Atası | Həsən Qazıyev |
| Anası | Bülbül xanım |
| Fəaliyyəti | rəssam |
| Təhsili | Dövlət Rəssamlıq Məktəbi |
| Mükafatları | |
Həyatı
Şamil Həsən oğlu Qazıyev 1908-ci ildə İrəvanda anadan olub. O, 12 yaşına kimi İrəvan şəhərində yaşamışdır. Həmin dövrdə xalqımız çətin günlər yaşayırdı. Daşnakların 1917-1920-ci illərdə İrəvanda və ona yaxın bir çox Azərbaycan şəhərlərində müsəlmanlara qarşı törətdikləri soyqırımlar zamanı yüzlərlə ailə Azərbaycanın digər bölgələrinə — Naxçıvan, Gəncə və Qarabağa köçmüşdü. Belə ailələrdən biri də Şamil Qazıyevin ailəsi idi. Atası Həsən bəy 1920-ci ildə evini, yaşadığı elini arxada buraxıb, Naxçıvana pənah gətirir.
Hələ uşaqkən Şamil Qazıyevin rəsm çəkməyə böyük marağı olub. Əvvəllər Naxçıvan Pedaqoji Texnikumunda oxusa da, təsviri incəsənətə olan marağı pedaqoji təhsilini davam etdirməyə mane olub. Uşaqlıqdan qəlbinə hakim kəsilmiş rəng və fırça ilə işləmək arzusu onu Bakıya, Rəssamlıq Məktəbinə gətirib. O, 1929-cu ildə həmin məktəbi bitirsə də, müəllimlərə olan ehtiyac ucbatından Azərbaycan Maarif Komissarlığı Şamil Qazıyevi Naxçıvan Pedaqoji Texnikumuna rəsm müəllimi vəzifəsinə göndərib. O zaman atası Həsən Qazıyev də bu məktəbdə işləyirdi. Şamil Qazıyev xatirələrində yazırdı: "1932-ci ildə rejissor Yusif Ulduzun quruluşunda Naxçıvan teatrında tamaşaya qoyulmuş "Hamlet" əsərinə tərtibat verdim. Lakin o vaxt mən teatrda həvəskar kimi iştirak edirdim. 1934-cü ildə xalq artisti Sidqi Ruhulla məni teatra rəssam vəzifəsinə çağırdı və onunla "Hacı Qara", "Namus" tamaşalarına tərtibat verdik".
Naxçıvan teatrında tamaşaya qoyulmuş 120 əsərin bədii tərtibatı məhz rəssam Şamil Qazıyevə məxsus olub. Rəssamın yaradıcılığına, fırça ilə işləmək qabiliyyətinə, öz fantaziyası ilə rənglərin vəhdətindən orijinal əsərlər yaratmaq istedadına yaxından bələd olan məşhur karikaturaçı Əzim Əzimzadə həmkarını "Kommunist" qəzetində işləməyə dəvət edib. O zaman Əzim Əzimzadə bu qəzetin redaksiyasında baş rəssam vəzifəsində çalışırdı. Şamil Qazıyev təklifi qəbul etsə də, Bakıda çox işləmir və yenidən Naxçıvana qayıtmaq məcburiyyətində qalır. O, burada Naxçıvan Musiqili Dövlət Dram Teatrında baş rəssam vəzifəsində çalışır.
Məhz onun təşəbbüsü ilə Naxçıvan şəhərində 1939-cu ildə rəssamlıq məktəbi açılıb. 1939-1940-cı illərdə Naxçıvanda yeni fəaliyyətə başlamış həmin rəssamlıq məktəbinə direktorluq edib. 1944-cü ildə "Naxçıvan MSSR Əməkdar incəsənət xadimi" fəxri adı, 1946-cı ildə "Əməkdə rəşadətə görə" döş ordeni ilə təltif olunub.
"Çoban" əsəri ilə "Tretyakov" qalereyasında Azərbaycanı təmsil edənŞamil Qazıyev bu nüfuza nail olan ilk azərbaycanlı rəssamdır. 1948-ci ildə yenidən Bakıya dönən rəssam 40 ilə yaxın "Azərbaycan gəncləri" qəzeti ilə əməkdaşlıq edib. Şamil Qazıyev 1980-ci ildə Bakıda vəfat edib. 2018-ci ildə "Azərbaycan Respublikasının Xalq Rəssamı" fəxri adına layiq görülüb. Şamil Qazıyevin böyük oğlu, Arif Qazıyev Azərbaycanın xalq rəssamı, Vaqif Qazıyev isə heykəltəraşdır. Nəvələri Samir, Mədinə, İlahə heykəltəraş və rəssam olmaqla, babalarının yolunu davam etdirirlər.== Sərgiləri == Müxtəlif illərdə təsviri incəsənət sərgilərinin iştirakçısı olan Şamil Qazıyevin "Çoban" adlı əsəri bəyənilərək, Tretyakov qalereyasına aparılmışdır. 1979-cu ildə Naxçıvan şəhərində Şamil Qazıyevin fərdi sərgisi açılmışdır. Sərgidə rəssamın çoxsaylı əsərləri nümayiş etdirilmişdir. Həm mövzu, həm də janr etibarilə diqqət çəkən bu rənglər dünyası seyrçilər tərəfindən maraqla qarşılanmışdır. Həmin əsərlərin əhəmiyyətli cəhəti haqqında o dövrün mətbuatı belə yazırdı: "Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır".
Əsərləri
Rəssamın "Biçinçilər", "Xırman", "Molla məktəbi", "Qalayçılar", "Su dəyirmanı", "Çörək bişirən qadınlar", "Köhnə Naxçıvan", "Qaçqınlar", "Çarıqçılar", "Beş qardaş", "Sıldırımlı dağ", "Dağların simfoniyası" və digər əsərləri mədəniyyət tariximiz üçün olduqca qiymətlidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şamil qazıyev sözünün mənası, şamil qazıyev haqqında məlumat. şamil qazıyev nədir? şamil qazıyev nə deməkdir?