Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şakir ağa türbəsi — Bakının Balaxanı qəsəbəsində yerləşən XV əsr memarlıq abidəsi. Abidənin kitabəsində onun 1427-1428-ci illərdə Miriraxur Şakir ağa ibn-mərhum

Şakirağa türbəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Şakirağa türbəsi

Şakir ağa türbəsi — Bakının Balaxanı qəsəbəsində yerləşən XV əsr memarlıq abidəsi. Abidənin kitabəsində onun 1427-1428-ci illərdə Miriraxur Şakir ağa ibn-mərhum Mürtəzanın sifarişi ilə inşa edildiyi qeyd edilmişdir.

Şakir ağa türbəsi
Şakir ağa türbəsi
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Balaxanı
Aidiyyəti AMEA
Sifarişçi Miriraxur Şakir ağa ibn-mərhum Mürtəza
Tikilmə tarixi 1427-1428
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
TipiMədəni
İstinad nöm.126
KateqoriyaTürbə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
40°27′49″ şm. e. 49°55′12″ ş. u.HGYO
Xəritə
Türbənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidə planda xaçvaridir. Türbəyə giriş şimal tərəfdən portaldandır. Portalın iç məkanında, hər iki tərəfində oxvari arkaya ilə tamamlanan səkkizgüşəli prizma şəkilli taxçalar yerləşdirilib. Türbənin içində də müxtəlif ölçülü düzbucaqlı 8 ədəd taxça mövcuddur.

Mündəricat

Tarixi

Şakir ağa türbəsi və Hacı Şəhla məscidi 1940-cı illərin əvvəllərində

Balaxanı qəbiristanlığında yerləşən Şakir ağa türbəsi 1427-1428-ci illərdə tikilib və 1385-86-ci ildə tikilən Hacı Şəhla məscidindən altı metr məsafədə yerləşir. Abidə haqqında bilgilər məhduddur.

İmarətin tağlı giriş qapısının üstündə ərəbcə iki sətirlik kitabə var ki, mətni belə oxunur:

" Bu imarətin tikilməsinə millət və din böyüklərinin hamısı Miriraxur Şakir ağa ibn-mərhum Mürtəza əmr etmişdir. Səkkiz yüz otuz birinci il (831-1427/28)”. "

Başqa bir mənbədə deyilir ki, İbrahim Şirvanşahın vəziri 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı Şakir ağa türbəsi xalq arasında İmarət adlandırılır.

Memarlıq xüsusiyyətləri

Abidə planda xaçvaridir. Abşeronun daxili quruluşu xaç şəklində olan bir neçə abidə var. Lakin, Azərbaycanda Şakir ağa türbəsi kimi həm daxili, həm də xarici quruluşu xaç şəklində olan ikinci bir abidə yoxdur.

Türbəyə giriş şimal tərəfdən portaldandır. Portalın iç məkanında, hər iki tərəfində oxvari arkaya ilə tamamlanan səkkizgüşəli prizma şəkilli taxçalar yerləşdirilib. Türbənin içində də müxtəlif ölçülü düzbucaqlı 8 ədəd taxça mövcuddur.

Giriş alçaq oxvari tağ ilə tamamlanan qapıdandir. Qapıüstü tağ bütöv bir daşdan yonulub. Daşın üz səthi bitki ornamentilə bəzədilib. Giriş tağ daşının üstündə iki sətirli epiqrafik yazılı daha bir daş yerləşdirilib. Giriş və üstündəki yazı daşı profilli iri daş bloklarla çərçivəyə alınıb.

Mart soyqırımı

1918-ci ilin martında bir sıra Bakı kəndlərinin sakinləri, həmçinin Balaxanının əsasən iri sənayeçiləri, neft mədənləri sahibkarları, ziyalı insanları erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olub. Onlardan bir hissəsi də məhz "Şakir ağa türbəsi"nin divarının qarşısına düzülərək güllələnib. Həmin güllə izləri bugünədək türbənin divarlarında olduğu kimi qalıb.

Həmçinin bax

  • Hacı Şəhla məscidi

Ədəbiyyat

  • Щеблыкин, И.П. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку: Изд-во АзФАН. 1943.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şakirağa türbəsi haqqında məlumat. Şakirağa türbəsi nədir? Şakirağa türbəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gülrux Xatun

  • Fevral 27, 2026

    Amerika qarağacı

  • Fevral 27, 2026

    Audiovizual əsər

  • Fevral 23, 2026

    Tanax

  • Fevral 27, 2026

    Kobus ellipsiprymnus

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst