Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahzadə Xəlil (1346, Osmanlı imperiyası – 1362, Osmanlı imperiyası) — 2-ci Osmanlı sultanı Qazi Orxan bəyin oğlu, Osmanlı şahzadəsi. Onun qaçırılma hadisəsi XIV

Şahzadə Xəlil

  • Ana Səhifə
  • Vikipediya
  • Şahzadə Xəlil

Şahzadə Xəlil (1346, Osmanlı imperiyası – 1362, Osmanlı imperiyası) — 2-ci Osmanlı sultanı Qazi Orxan bəyin oğlu, Osmanlı şahzadəsi. Onun qaçırılma hadisəsi XIV əsr Osmanlı-Bizans münasibətlərinin formalaşmasında mühüm rol oyandı.

Şahzadə Xəlil
Şəxsi məlumatlar
Doğum tarixi 1346(1346)
Doğum yeri
  • Osmanlı imperiyası
Vəfat tarixi 1362(1362) (15–16 yaşında)
Vəfat yeri
  • Osmanlı imperiyası
Fəaliyyəti siyasətçi
Atası I Orxan
Anası Feodora Kantakuzenos (Orxanın həyat yoldaşı)
Həyat yoldaşı İrina Paleoloq
Uşaqları Gündüz bəy
Ömər bəy
Ailəsi Osmanlı xanədanı

Həyatı

Şahzadə Xəlil doğumu haqqında dəqiq yazılı məlumat yoxdur. Ancaq 1362-ci ildə taxt uğrunda ayaqlananda 16 yaşı olduğu qeyd edilir və beləcə doğum tarixi təxminən 1346 olaraq qəbul edilir. Atası Osmanlı dövlətinin ikinci bəyi Qazi Orxan bəy, anası isə Bizans imperatoru VI İohann Kantakuzinin qızı Teodora idi. Tarixi mənbələrdə haqqında yazılan ilk məlumat isə 1357-ci ildə genuyalı dəniz quldurları tərəfindən İzmit sahillərində qaçırılması hadisəsidir. XIV əsrdə Egey və Mərmərə dənizi quldur hücumlarının mərkəzinə çevrilmişdi. Ancaq bu hadisə zamanı quldurların əsir götürükləri 11 yaşlı uşağın kimliyini bilib-bilmədikləri dəqiq deyil. Bunu öyrəndikdən sonra isə dəyərli əsirləri ilə birlikdə Foça qalasına sığındılar. Qala Bizans mülkü olsa da, yaxın zamanda Genuyalılar tərəfindən ələ keçirilmişdi.

Oğlunun qaçırılması xəbərini alan Qazi Orxan bəy, dərhal imperator IV Andronikə xəbər göndərərək yardım tələb etdi. Qarşılığında isə Bizansın illik xəracını almayacağını və Kantakuzin ailəsinin taxt iddiasını qəbul etməyəcəyini vəd etdi. İmperator bu təklifi qəbul etdi və şahzadəni xilas etmək üçün hazırlığa başladı. Qazi Orxan bəy tərəfindən maliyyələşdirilən 3 gəmiylə Bizans qüvvələri Foça qalasını mühasirəyə aldı. Digər yandan Saruxanoğlu İlyas bəy də dəstək üçün çağırılmışdı. Ancaq İlyas bəy ikili hərəkət edirdi və niyyəti imperatoru sui-qəsdlə öldürmək idi. Buna baxmayaraq planı üzə çıxdı və imperator tərəfindən həbs edildi. Yaranan bu qarışıqlıq səbəbilə mühasirə ləğv edildi. 1358-ci ildə ikinci dəfə cəhd edilsə də yenə də uğursuzluqla nəticələndi. Nəhayət, Qazi Orxan bəy Üsküdara gəldi və 30 min düka ödəyərək oğlunu geri aldı (sentyabr 1359).

Gəlinən razılığa görə, Xəlil həmin il imperatorun bacısı İrina Paleoloqla (onun xalası qızı idi) nişanlandı. Cütlük daha sonra evləndi və 2 övladları - Gündüz bəy (d. 1361) və Ömər bəy (d. 1362) dünyaya gəldi. Şahzadə Xəlilin əsir düşdüyü il böyük qardaşı Süleyman Paşa vəfat etmişdi və imperator Qazi Orxan bəydən sonra taxta onun çıxmağını istəyirdi. Beləcə, həm anası, həm də xanımı Bizans şahzadəsi olan Xəlil Osmanlı taxtına əyləşəcək, Bizans imperatoru illik xərac verməkdən azad olacaqdı.

Ancaq bu plan baş tutmadı və 1362-ci ilin martında vəfat edən Qazi Orxan bəyin ardından taxta böyük oğlu Murad taxta çıxdı. Atası vəfat etdiyi əsnada qardaşı Murad hələ Plovdiv yaxınlığında, Xəlil isə dövlətin mərkəzi Bursada idi. Bundan istifadə edərək həm Bizansdan, həm də Qaraman və Əretna bəylərinin dəstəyini alaraq Bursada öz adına xütbə oxudub özünü sultan elan etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahzadə Xəlil haqqında məlumat. Şahzadə Xəlil nədir? Şahzadə Xəlil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Berinq adası

  • Fevral 27, 2026

    Muğan xaqan

  • Fevral 23, 2026

    Barbados

  • Fevral 27, 2026

    Sahil metrostansiyası

  • Fevral 27, 2026

    I

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst