Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahzadə Mahmud (təq. 1582, Manisa – 7 iyun 1603, İstanbul) — Sultan III. Mehmedin Manisa sancaqbəyliyi dövründə dünyaya gələn oğludur. Anasının kim olduğu tam o

Şahzadə Mahmud

  • Ana Səhifə
  • Vikipediya
  • Şahzadə Mahmud

Şahzadə Mahmud (təq. 1582, Manisa – 7 iyun 1603, İstanbul) — Sultan III. Mehmedin Manisa sancaqbəyliyi dövründə dünyaya gələn oğludur. Anasının kim olduğu tam olaraq məlum olmasa da, bəzi qaynaqlada Fülanə Sultan olaraq qeyd olunur.

Şahzadə Mahmud
Osmanlı şahzadəsi
Şəxsi məlumatlar
Doğum tarixi 1582
Doğum yeri Manisa, Osmanlı imperiyası
Vəfat tarixi 7 iyun 1603 (20–21 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Şahzadə məscidi
Atası III Mehmed
Anası Fülanə Sultan
Ailəsi Osmanlı xanədanı

Həyatı

Babası III. Murad vəfat etdikdən sonra atası ilə birlikdə İstanbula gəldi. Döyüşkən və cəsur xarakterli olan Şahzadə Mahmud mükəmməl təhsil almışdır. Şahzadə Mahmudun dövlət işləri ilə həddən çox maraqlanması və anası ilə nənəsi Safiyə Validə Sultan arasındakı sürtüşmələr şahzadəni III. Mehmedin gözündən düşürdü.

Belə ki, Xaçoba döyüşündən sonra Anadoluda Cəlali üsyanları güclənmişdi. III. Mehmed Anadoluya bu səbəbdən bir sıra dövlət adamı və paşaları göndərsə də, üsyanı yatırmaq mümkün olmurdu. Şahzadə Mahmud dəfələrlə atasından üsyanı yatırmaq üçün ordu istəsə də, atası razı olmurdu. Hətta atasına

"Məni ordunun başına sərdar olaraq Anadoluya göndərməyiniz üçün sizdən rica edirəm, qısa müddətdə Anadoluda bir nəfər quldur belə qalmayacaq"

dediyi rəvayət edilir. Şahzadə Mahmud bu sözləri xoş niyyətlə desə də, əslində onun sonunu hazırlamışdı. Anasının təsirindən çıxmayan III. Mehmed anası Safiyə Sultanın

" Əgər Mahmud üsyanı yatıra bilsə və geri dönsə, xalq onu padşah elan edər, sənin sonun olar "

sözlərinə inanmış və öz doğma oğlunu edam etdirmək qərarını alır. Bütün bu hadisələr cərəyan edərkən bir şeyxin Şahzadə Mahmuda yaxında taxta çıxacağını deməsi və şahzadənin, atasının əleyhinə bir sıra dövlət adamları ilə məktublaşması Sultan III. Mehmedin qəzəbinə səbəb olmuşdur. Manisa sancaqbəyliyinə getmək üçün hazırlıq görən Şahzadə Mahmud 7 iyun 1603 tarixində otağında yatarkən 4 dilsiz cəllad tərəfindən boğularaq öldürülmüş, tabutuna bir şal bağlanaraq səhərə yaxın saraydan gizlicə çıxarılmışdır. Rəvayətə görə, yolda tabutu görən əhali " kimdi bu" demiş, saray ağaları da "dövlətin bir daha görməyəcəyi bir igiddir" demişdir. Bəzi təsdiqlənməyən Osmanlı qaynaqlarına görə Şahzadə Mahmudun edamından sonra anası və şeyx boğularaq dənizə atılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahzadə Mahmud haqqında məlumat. Şahzadə Mahmud nədir? Şahzadə Mahmud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elzas

  • Fevral 27, 2026

    Sardiniya krallığı

  • Fevral 27, 2026

    Membran

  • Fevral 27, 2026

    Orchidinae

  • Fevral 27, 2026

    Yanacaq-energetika sənayesi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst