Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahzadə Cahangir (9 dekabr 1531, İstanbul[…] – 27 noyabr 1553[…] və ya 27 noyabr 1553, Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya

Şahzadə Cahangir

  • Ana Səhifə
  • Vikipediya
  • Şahzadə Cahangir

Şahzadə Cahangir (9 dekabr 1531, İstanbul[…] – 27 noyabr 1553[…] və ya 27 noyabr 1553, Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur.

Şahzadə Cahangir
Şəxsi məlumatlar
Doğum tarixi 9 dekabr 1531(1531-12-09)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası[…]
Vəfat tarixi 27 noyabr 1553(1553-11-27)[…] (21 yaşında) və ya 27 noyabr 1553(1553-11-27) (21 yaşında)
Vəfat yeri
  • Hələb
Dəfn yeri
  • Şahzadə məscidi
Atası Sultan Süleyman Qanuni
Anası Xürrəm Sultan

Həyatı

Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mehrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir.

Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir.

Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir. Şahzadə Mustafa, Cahangirin ögey qardaşı olsa da, daim ona xoş münasibət göstərmişdir. Ən sevimli qardaşının bu şəkildə öldürülməsinə dözə bilməyən Şahzadə Cahangir ordu Hələbə girdiyi əsnada vəfat etmiş, cənazəsi təcili olaraq paytaxta daşınmışdır. Paytaxta gətirilən cənazə anası Xürrəm Sultan tərəfindən qarşılanmış, səfərdə olan sultanın yerinə bütün cənazə mərasimi Xürrəm Sultan tərəfindən tərtib olunmuşdur. Məzarı qardaşı Şahzadə Mehmed üçün inşa edilən Şahzadə məscidində yerləşir.

Xəstə oğlunun gənc yaşda ölümü Sultan Süleyman Qanuniyə pis təsir göstərmişdir. Cahangirin adını əbədiləşdirmək məqsədilə Qanuni tərəfindən İstanbulda Cahangir səmti salınmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahzadə Cahangir haqqında məlumat. Şahzadə Cahangir nədir? Şahzadə Cahangir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kinovar

  • Fevral 27, 2026

    Ədəbiyyat tarixi

  • Fevral 27, 2026

    E.ə. 96

  • Fevral 27, 2026

    Vatt

  • Fevral 27, 2026

    Möhkəmlik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst