Şahzadə Ələddin Əli (1425, Ədirnə – 1443) — 6. Osmanlı padşahı II Muradın Tacünisa Xədicə Həlimə Xatundan doğulan oğludur. Lələsi Yörgüc Paşanın da təşviqi ilə 1437-ci ildə Şadi Bəyzadə Mahmudşahın qızı Səlmin Xatunla evlənmişdir. Bu evlilikdən Səlvi Xatun adlı bir qızı dünyaya gəldi.
| Şahzadə Ələddin Əli | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Ədirnə, Osmanlı imperiyası |
| Vəfat tarixi | (18 yaşında) |
| Atası | II Murad |
| Anası | Xədicə Həlimə Xatun |
| Həyat yoldaşı | Səlmin Xatun |
| Uşağı | Səlvi Xatun |
1438-ci ildə qardaşı Şahzadə Mehmedlə birlikdə Ədirnədə sünnət edildi. 1439-cu ildə Qara Xızır Paşa Amasiya gəldi və II Muradın əmriylə Şahzadə Böyük Əhmədi gecə saraya gizlicə girərək boğdurdu. Şahzadə Əhmədlə birlikdə onun 6 aylıq və 1 yaşlı iki oğlu da boğularaq edam edildi. Cəsədləri Amasiyada Turumtay türbəsinə dəfn edildi. Bütün bu hadisələrdən sonra 1439-cu ildə Şahzadə Ələddin Əli Amasiyaya hakim təyin edildi. 1443-cü ildə at çaparkən ağır yaralanmış və vəfat etmişdir. Atasının Bursada inşa etdirdiyi Muradiyə külliyyəsində dəfn edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahzadə Ələddin haqqında məlumat. Şahzadə Ələddin nədir? Şahzadə Ələddin nə deməkdir?