Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahmat (alm. Schachnovelle‎) — 1942-ci ildə Braziliyada sürgündə olan alman yazıçı Stefan Sveyq tərəfindən yazılmış roman. Roman ilk əvvəl 1942-ci ildə Argentin

Şahmat (roman)

  • Ana Səhifə
  • Vikipediya
  • Şahmat (roman)

Şahmat (alm. Schachnovelle‎) — 1942-ci ildə Braziliyada sürgündə olan alman yazıçı Stefan Sveyq tərəfindən yazılmış roman. Roman ilk əvvəl 1942-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə 250 nüsxə ilə buraxılmışdır. İngiliscə versiyası isə 1944-cü ildə Nyu-Yorkda nəşr olunmuşdur. Almaniyada kitabın 1.200.000 nüsxəsi satılmışdır.

Şahmat
alm. Schachnovelle‎
Müəllif Stefan Sveyq
Janr dram
Orijinalın dili alman
Ölkə
  • Argentina
Orijinalın nəşr ili 1941
Tərcüməçi Çərkəz Qurbanlı (azərb.)
Səhifə 114 (azərb.)
Tiraj 250
Elektron versiya
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Xəbərdarlıq Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Hekayə Nyu-Yorkdan Buenos-Ayresə gedən gəmidə baş verir. Bir qrup sərnişin şahmat üzrə dünya çempionu Mirko Çentoviçi təşkil etdikləri oyuna dəvət edirlər. İlk oyunu gözləndiyi kimi şahmat çempionu qazanır. Cavab oyununda yenə az qala Çentoviç qalib gələcək ikən Doktor B. adında sərnişin oyuna qatılır və oyun heç-heçə bitir. Sərnişinlər Çentoviç ilə Doktor B. arasında bir müsabiqə təşkil edirlər. Müsabiqə başlamamışdan əvvəl Doktor B. şahmatı necə öyrəndiyini hekayəyi danışana söyləyir. Sən demə Doktor B. alman gestaposu tərəfindən həbs olunur. Onu gestapoya gətirirlər. Gestapoda olarkən divardan asılmış paltonun cibində olan şahmat kitabını oğurlayır. Kitabdakı bütün şahmat oyunlarını və taktikaları şahmat taxtası olmadan öz təfəkküründə oynamağa başlayır. Şahmat onu gestapoda dəli olmaqdan xilas edir. Amma bütün oyunları əzbərlədikdən sonra kitabı oğurlamazdan əvvəlki vəziyyətinə düşür. Buna görə başında yeni oyunlar icad edir və şizofrenik tərzdə əsəb krizi keçirənə qədər öz-özünə oynayır. Sonda həbsxanadan buraxılır. Gəmidəki müsabiqənin ilk oyununda Doktor B. qələbə çalır. Doktor B. şahmat çempionunun bütün həmlələrini əzbərləyir, Çentoviçin bütün gedişlərini əvvəlcədən hesablayır. İkinci oyunda Çentoviç qarşısındakı rəqibin əsəbləşdiyi görüb yavaş oynamağa başlayır və Doktor B. buna dözməyincə oyun yarımçıq qalır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahmat (roman) haqqında məlumat. Şahmat (roman) nədir? Şahmat (roman) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dyula Andraşi

  • Fevral 27, 2026

    Qalaktik il

  • Fevral 27, 2026

    Demetra

  • Fevral 27, 2026

    Kinovar

  • Fevral 27, 2026

    Yol nişanları

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst