Şahin Abdulla oğlu Mustafayev (13 iyun 1965, Cucevan, Noyemberyan rayonu) — Azərbaycan iqtisadçısı və siyasi xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2019-cu ildən), Azərbaycan Respublikasının iqtisadiyyat naziri (2008–2019), Tarif Şurasının sabiq sədri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti.
| Şahin Mustafayev | |
|---|---|
| |
Vəzifədədir | |
| 22 oktyabr 2019-cu ildən | |
Vəzifədədir | |
| 2013-cü ildən | |
| Əvvəlki | İsmət Abbasov |
| 15 yanvar 2016 – 22 oktyabr 2019 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Mikayıl Cabbarov |
| 22 oktyabr 2013 – 15 yanvar 2016 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | vəzifə ləğv edilib |
| 31 oktyabr 2008 – 2013 | |
| Əvvəlki | Heydər Babayev |
| Sonrakı | vəzifə ləğv edilib |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 13 iyun 1965 (60 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Təltifləri | |
Həyatı və fəaliyyəti
Şahin Abdulla oğlu Mustafayev 1965-ci ildə Ermənistan SSR Barana (Noyemberyan) rayonunun Cucevan kəndində anadan olub. 1989-cu ildə M. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.
1991–1992-ci illərdə "Spektr" kiçik müəssisəsində baş mühasib, 1992–1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.
1999–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000–2003-cü illərdə AR Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003–2005-ci illərdə AR Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006–2008-ci illərdə Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini vəzifələrində işləyib.
2008–2013-cü illərdə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri, 2013–2016-cı illərdə isə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir.
2020-ci ildə Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şahin mustafayev sözünün mənası, şahin mustafayev haqqında məlumat. şahin mustafayev nədir? şahin mustafayev nə deməkdir?
