Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şah Məlik (d.?, Oğuz Yabquluğu - ö. 1042, Mekran, Bəlucistan) — Otrar və Cənd oğuzları yabquluğunun rəhbəri, Xarəzmşahlar dövlətinin valisi və daha sonra da hök

Şah Məlik

  • Ana Səhifə
  • Vikipediya
  • Şah Məlik

Şah Məlik (d.?, Oğuz Yabquluğu - ö. 1042, Mekran, Bəlucistan) — Otrar və Cənd oğuzları yabquluğunun rəhbəri, Xarəzmşahlar dövlətinin valisi və daha sonra da hökmdarı (1041-1042). 1042-ci ildə Çağrı bəy tərəfindən öldürüldü. Sonradan Böyük Səlcuqlu imperiyasının imperatoru Toğrulun həyat yoldaşı olacaq Altuncan Xatunun ilk həyat yoldaşı olmuşdur.

Şah Məlik
Vəfat tarixi 1042(1042)
Fəaliyyəti siyasətçi

Mündəricat

Həyatı

Şah Məlik Yabqu titulunu daşımaqda idi. 1034-cü ildə Yabquların düşməni olan səlcuqlular Qəznə valisi Harunun dəvəti ilə Xarəzmə girdilər.

Xarəzm valiliyi və şahlığı

Qəznəvilərin türk kölə komandanı və Xarəzm valisi Altuntaş 15 illik valiliyi dövründə Qəznəvi Mahmud ilə Məsuda bağlı qalmışdı. Xarəzm əyalətinin sərhədlərini şimaldan gələn Oğuz və Qıpçak hücumlarına qarşı uğurlu formada müdafiə etmişdir. Buxara yaxınlığında Debusiye adı verilən mövqedəki döyüşdə ağır yaralanan Altuntaşın qısa müddət sonra ölümündən sonra Altuntaşın oğlu Harun Xarəzmdə onun yerinə de-fakto canişin olaraq keçdi.

Harundan şübhələnən Məsud onu sadəcə canişin olaraq təyin etdiyi oğlunun müavini olaraq təyin etdi və tanıdı. Altuntaşın qüvvəsinin türklərdən qurduğu ordudan alması hələ vaxtında Mahmudla Məsudun narahatlığına səbəb olmuşdu. Atasının ölümündən keçən iki ildən sonra Harun Əli Tigin və səlcuqlular ilə ittifaq quraraq Məsuda qarşı üsyan qaldırdı. Lakin bir il sonra Məsud Harunu sui-qəsdlə öldürdü. Harunun ölümündən sonra Altuntaşın digər oğlu İsmayıl Handan səlcuqluların müttəfiqi və Məsudun andlı düşməni olaraq Xarəzmin mütləq hakimi mövqeyinə yüksəldi. Belə bir vəziyyətdə Sultan Məsud oğuzlardan olan, lakin Səlcuqluların düşməni olan Cəndli Şah Məliki Xarəzm canişini olaraq təyin etdi. Şah Məlik 1041-ci ilə qədər Xarəzmdə mütləq hakimiyyəti ələ keçirdi. İsmayıl Handanın isə səlcuqlulara sığınmaqdan başqa çarəsi qalmadı. Beləliklə, Şah Məlik Xarəzmin paytaxtı Gürganda hökmdar olaraq elan edildi. Bu zaman Məsud vəfat etmiş və Qəznəvilərin Xarəzmdəki hakimiyyəti sona çatmışdı.

Ölümü

Bununla bərabər, Səlcuqlular Şha Məlikin Xarəzmdə uzun müddət qalmasına icazə vermədilər. Böyük Səlcuqlu imperiyası sultanı Toğrul və qardaşı Çağrı bəy 1042-ci ildə Xarəzmə girərək Şah məliki buradan qovdular. Qədim torpaqları olan Cənd və Otrarin qıpçaklar tərəfindən işğalından sonra oralara geri dönə bilməyərək Kirmana, oradan da Mekrana qaçan Şah Məlik burada yaxalanaraq Çağrı bəy tərəfindən öldürüldü. Oğuz tayfalarının ənənələrinə uyğun olaraq Oğuz-Səlcuq tayfalarının birliyinin qorunması üçün Altuncan-xatun Toğrul bəy ilə evləndi.

Həmçinin bax

  • Xarəzmşahlar dövləti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şah məlik sözünün mənası, şah məlik haqqında məlumat. şah məlik nədir? şah məlik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Kimyəvi formul

  • Fevral 27, 2026

    1990-cı illər

  • Fevral 27, 2026

    Cənubi Yəmən

  • Fevral 27, 2026

    Ağidel (çay)

  • Fevral 25, 2026

    Daşnaksutyun

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst