Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şadiyə Sultan (30 noyabr 1886, İstanbul – 20 noyabr 1977, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.

Şadiyə Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Şadiyə Sultan

Şadiyə Sultan (30 noyabr 1886, İstanbul – 20 noyabr 1977, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.

Şadiyə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 30 noyabr 1886(1886-11-30)
Doğum yeri Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 20 noyabr 1977(1977-11-20) (90 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Sultan Mahmud türbəsi, İstanbul
Atası II Əbdülhəmid
Anası Əmsalinur xanım
Həyat yoldaşları Fahir bəy
Rəşad Xalis bəy
Uşağı Samiyə xanım Sultan
Ailəsi Osmanlı xanədanı

Həyatı

Şadiyə Sultan 30 noyabr 1886-cı ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli yeddinci xanımı Əmsalinur xanımdır. Mükəmməl saray təhsiliylə yanaşı, piano dərsləri də alan Şadiyə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Nailə Sultan və atasıyla birlikdə iştirak edirdi.

31 mart 1909-cu ildə atasının istəyilə Səid Paşanın oğlu Əli Namiq bəylə nişanlansa da, 2 həftə sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sürgündə anası Əmsalinur xanımla birlikdə atasının yanında yer alan Şadiyə Sultan bir il sonra atasının istəyilə bacıları Ayşə Sultan və Rəfiyə Sultanla birlikdə İstanbula qayıtdı. Ancaq Səid Paşanın atasına qarşı sərt tutumu səbəbilə, qayıtdıqdan sonra nişan pozuldu. Ardından əmisi Sultan Rəşad onu Ənvər Paşayla evləndirmək istəsə də, Şadiyə Sultan atasını devirən İttihadçılardan olması səbəbilə bu təklifi geri çevirdi.

İlk əri Fahri bəy və qızı Samiyə xanım Sultan

Nəhayət, Qalibpaşazadə Mustafa Fazil bəyin oğlu Fahir bəylə nişanlandı. Toy mərasimi 2 dekabr 1910-cu ildə Nişantaşı köşkündə baş tutan cütlüyün bu nigahdan bir qızı dünyaya gəldi. Fahir bəyin 27 sentyabr 1922-ci ildə vəfatıyla Şadiyə Sultan sürgün öncəsində dul qaldı.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Şadiyə Sultan da qızıyla birlikdə sürgünə göndərildi. Sürgündə Parisdə yaşayan Şadiyə Sultan burada 28 oktyabr 1931-ci ildə Rəşad Xalis bəylə evləndi. Ancaq İkinci Dünya müharibəsinin başlaması və almanların Parisə daxil olmasıyla Şadiyə Sultanın həyatı yenidən çətinləşdi. Gedən çatışmalar əsnasında əri Rəşad Xalis bəy 1944-cü ilin noyabrında həlak oldu. Ərinin ölümündən sonra qardaşı Hayri Əfəndiylə birlikdə bir otel otağında yaşamağa başlayan Şadiyə Sultan 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıtdı. 1966-cı ildə atasının həyatı və uşaqlıq illəriylə bağlı xatirələrini "Hayatımın acı ve tatlı günleri" (Həyatımın acı və şirin günləri) başlığı ilə nəşr etdirdi.

20 noyabr 1977-ci ildə vəfat edən Şadiyə Sultan Sultan Əbdülhəmidin yaşayan son övladı idi. Cənazəsi Sultan Mahmud türbəsində atasının yanına dəfn olundu.

Övladı

  • Samiyə xanım Sultan (d. 1918 - ö. 20 noyabr 1992) — Əslən Amerikalı olan Larri Apodoka ilə evlənmişdir. Övladı olmamışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şadiyə Sultan haqqında məlumat. Şadiyə Sultan nədir? Şadiyə Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hana Poniska

  • Fevral 27, 2026

    Çıraxlı (Ağdam)

  • Fevral 27, 2026

    İynəyarpaqlılar (sinif)

  • Fevral 27, 2026

    İssık-Kul çökəkliyi

  • Fevral 25, 2026

    Layihə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst