Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqan. Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin il dekabr

Şərq qapısı

  • Ana Səhifə
  • Vikipediya
  • Şərq qapısı

"Şərq qapısı" — ictimai-siyasi qəzet. Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin orqanı.

Şərq qapısı
Növ Rəsmi dövlət qəzeti
Format A2
Təsisçi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.
Baş redaktor Sara Əzimova
Yaranma tarixi 9 noyabr, 1921
Dil Azərbaycan dili
Baş ofis
  • Naxçıvan
serqqapisi.az

Mündəricat

Tarixi

İlkin dövrlər

1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqan. Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılmışdır. "Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları M. İbrahimov və Ə. Vəliyev səy göstərmişlər. Ə. Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olmuşdur. "Şərq qapısı" nəşrə başlayandan Naxçıvan MR-in ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının güzgüsü olmuş, onun tərəqqi və yüksəlişində fəal və mühüm rol oynamışdır. Qəzet 50 illik yubileyində "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. XX əsrin 70–80-ci illərində "Şərq qapısı" qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir.

Müasir dövr

"Şərq qapısı" qəzetinin baş qərargahı.

Qəzet 1970-ci ildən sonra yeni mərhələyə qədəm qoymuşdur. Ötən

XX əsrin 90-cı illərinin əvvəllərində "Şərq qapısı" qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra "Şərq qapısı"nın həyatında yeni dövr başlanmış, 1990–1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görmüş, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında" 2000-ci il 29 mart tarixli Sərəncamından sonra "Şərq qapısı" mətbuat orqanının normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılmışdır.

2001-ci ildə qəzet həftədə 2 dəfə, 8 səhifə həcmində çıxır, tirajı isə 2000 nüsxə olurdu. 2005-ci ildə qəzet gündəlik, 6 səhifə həcmində, tirajı isə 5600 nüsxəsi dərc edilirdi. M. Tarverdiyeva, H. İbrahimov, M. Bəktaşı, S. Kərimova və başqa görkəmli mədəniyyət, maarif və mətbuat xadimləri müxtəlif illərdə qəzetin redaktoru olmuşlar.

2010-cu il iyulun 22-də – milli mətbuatımızın yaranmasının 135-ci ildönümü günündə qəzet redaksiyası üçün yeni bina istifadəyə verilmiş, qəzetin rəngli nəşrinə başlanılmışdır. Hazırda qəzet həftədə beş dəfə çıxır.

Təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.

Həmçinin bax

  • Səda mətbəəsi
  • Şərqi-Rus (qəzet)
  • Molla Nəsrəddin (jurnal)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şərq qapısı sözünün mənası, şərq qapısı haqqında məlumat. şərq qapısı nədir? şərq qapısı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Bəkubə

  • Mart 06, 2026

    Quyruqsuz tinamu

  • Mart 01, 2026

    Lopes burnu

  • Fevral 27, 2026

    Averroes

  • Mart 01, 2026

    1956-cı il

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst