Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şərəfə — Azərbaycan Respublikasının Masallı rayonunun Şərəfə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tar

Şərəfə (Masallı)

  • Ana Səhifə
  • Vikipediya
  • Şərəfə (Masallı)

Şərəfə — Azərbaycan Respublikasının Masallı rayonunun Şərəfə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.

Şərəfə
39°03′56″ şm. e. 48°40′48″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şərəfə xəritədə
Şərəfə
Şərəfə

Mündəricat

Əhalisi

1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Şərəfə (Şərəf–abad) kəndində 54 evdə 202 nəfəri kişilər, 132 nəfəri isə qadınlar olmaqla 334 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi.

Şərəfə kənd inzibati ərazi dairəsi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir. 2012-ci ilin sonuna olan məlumata əsasən bu ərazi dairəsinin sahəsi 1.121 hektar, əhalisi isə 3.962 nəfərdir.

Şərəfəlilər Böyük Vətən müharibəsində və Azərbaycanın bütövlüyü uğrunda Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmuş, itkin və şəhidlər vermişdir.

Hazırda kəndin əhalisi 2331 nəfərdir.

Toponimiyası

Keçmiş adı Şərəfabad olmuşdur. Şərəfə bu adın qısaldılmış formasıdır. Oykonim Şərəf (şəxs adı) və abad (kənd) komponentlərindən düzəlib, “Şərəfin kəndi” mənasındadır. Görünür, kəndi Şərəf adlı şəxs bina etmişdir.

Coğrafiyası və iqlimi

Şərəfə kəndi, Binə Xocavar, Çaxırlı, Digah, Bala Təklə, Səmidxan və Ağakişibəyli kəndləri ilə həmsərhəddir. Ələt–Astara yolunun 500 metrmiyində yerləşir. İqlimi quru subtropik iqlimdir. Kəndin cənub–qərbində böyük su anbarı yerləşir. İçməli su mənbəyi yoxdur. Mal–qara və əkinlərin suvarılmasında əsasən quyu suyundan istifadə edilsədə içmək üçün yararsızdır.Quyu sularında ağır metal duzları olduğundan su coddur.

Tarixi

Şərəfə kəndinin əsası cənubi Azərbaycanın Ərdəbil şəhəri ətrafindakı Şərəfabad kəndindən XV əsrdə köçmüş 7–8 ailə tərəfindən qoyulmuşdur. Bu ailələr səfəvilərlə qohum olduğuna və qızılbaş ideyalarını daşıdıqlarına görə Seyid Nəbiyyədin Səfəvi ilə Ağqoyunlu hökümdarı Rüstəm Mirzənin təqibindən qaçaraq əvvəllər qalın meşə olmuş indiki Şərəfə ərazisində məskunlaşmışlar. Seyid Nəbiyyəddin 20–25 yaşlarında xəstəlikdən vəfat etmişdir (Bu tarixi Adəm Seyfullayev kənd ağsaqqallarından eşitmişdir). Hal–hazırda Seyid Nəbiyyəddin Səfəvinin məzarı Çaxırlı (Masallı) kəndındədir. Şərəfə kəndində XIX əsrə aid məscid fəaliyyət göstərir. XIX əsrə aid gümbəzli kənd hamamı XX əsrin 90-cı illərinədək fəaliyyət göstərsədə sonradan baxımsızlıqdan dağılmışdır. Bundan başqa kənd arxı üzərində də XIX əsrə aid tağ körpü indi də istifadə olunur.

Mədəniyyəti

Şərəfə kəndı Masallı rayonunun ən ziyalı kəndidir. Kənd əhalisinin əksəriyyəti ali və ya orta ixtisas təhsillidir. Kənddə 11 illik təhsil bazasında orta məktəb, kənd tibb məntəqəsi, kitabxana, aptek, poçt, Bələdiyyə və icra nümayəndəliyi binası, 2 şadlıq evi fəaliyyət göstərir. Əfsuslar olsun ki, 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərilən klub binası baxımsızlıqdan dağılmışdır. Vaxtı ilə o klubda Şövkət Ələkbərova, Elmira Rəhimova, Akademik milli dram və Musiqili dram teatrının çıxışları olmuşdur. Kəndin Özfəaliyyət ansambılı və Halay qrupu var.

İqtisadiyyatı

Şərəfə kəndi ilkin dövrdən əkinçılilik və heyvandarlıqla məşğul olub. Sovet illərində əvvəlcə kolxoz, sonra isə sovxoz təsərrüfatı fəaliyyət göstərsədə iqtisadiyyat fəaliyyəti dəyişilməmış qalıb. Belə ki əhali dənlı bitkilər (çəltik, arpa, buğda, qarğıdalı, noxud və s.), tərəvəz bitkiləri (xiyar, pomidor, kələm, badımcan, soğan, bidər və s.), bostan bitkiləri (qarpız, yemiş, boranı və s.) yetişdirməklə, iri və xırda buynuzlu (inək, camış və qoyun) mal–qara saxlamaqla məşğul olmuşdur. Kənddə yerləşən su anbarında balıq saxlanılır. Kənddə pendir sexi fəaliyyət göstərir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şərəfə (Masallı) haqqında məlumat. Şərəfə (Masallı) nədir? Şərəfə (Masallı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mədinə

  • Fevral 23, 2026

    Baltiya Assambleyası

  • Fevral 23, 2026

    28 noyabr

  • Fevral 24, 2026

    Sübhan Cəbrayılov

  • Fevral 24, 2026

    Erebus vulkanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst