Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şükür Bürhanov (15 sentyabr 1910, Daşkənd, Türküstan general-qubernatorluğu – 15 avqust 1987, Daşkənd) — özbək aktyoru. SSRİ xalq artisti (1959).

Şükür Bürhanov

  • Ana Səhifə
  • Vikipediya
  • Şükür Bürhanov

Şükür Bürhanov (15 sentyabr 1910, Daşkənd, Türküstan general-qubernatorluğu – 15 avqust 1987, Daşkənd) — özbək aktyoru. SSRİ xalq artisti (1959).

Şükür Bürhanov
Doğum tarixi 15 sentyabr 1910
Doğum yeri Daşkənd
Vəfat tarixi 15 avqust 1987 (76 yaşında)
Vəfat yeri Daşkənd, Özbəkistan SSR, SSRİ
Dəfn yeri
  • Çiğatay qəbiristanlığı[d]
Fəaliyyəti Aktyor
Mükafatları +
IMDb ID0121969
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

15 sentyabr 1910-cu ildə Daşkənd şəhərində anadan olmuşdur.

Kənd təsərrüfatı texnik məktəbində təhsil aldığı müddətdə dram klubunun işində iştirak etmişdir.

1927-ci ildən Özbəkistan Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə Özbəkistan Dövlət Dram Teatrının studiyasında oxumuşdur.

Əsasən, romantik, psixoloji və satirik obrazlar yaratmışdır.

Sov.İKP-nın üzvü idi.

15 avqust 1987-ci ildə Daşkənd şəhərində vəfat etmişdir. Daşkənddəki Çiqatay qəbiristanlığında dəfn edilmişdir.

Mükafatları

Şükür Bürhanov SSRİ-nin və Özbəkistan SSR-nin bir sıra mükafatları ilə təltif edilmişdir. Onlardan bəziləri bunlardır:

  • Özbəkistan Sovet Sosialist Respublikası Özbəkistan SSR xalq artisti (1940);
  • SSRİ "Qırmızı əmək bayrağı" ordeni (1945);
  • SSRİ "Şərəf nişanı" ordeni (1951);
  • SSRİ SSRİ xalq artisti (1959);
  • Özbəkistan Sovet Sosialist Respublikası Həmzə adına Özbəkistan SSR Dövlət mükafatı laureatı (1965);
  • SSRİ Lenin ordeni (1970);
  • SSRİ "Oktyabr inqilabı" ordeni (1980).

Tamaşalardakı rolları

  • Kamil Yaşenin “Namus və məhəbbət” tamaşasında "Qulam" rolunda;
  • Həmzənin “Bəy və muzdur” tamaşasında "Qafur" rolunda;
  • Nazim Hikmətin “Məhəbbət əfsanəsi” tamaşasında "Fərhad" rolunda;
  • Məqsud Şeyxzadənin “Mirzə Uluqbəy” tamaşasında "Uluqbəy" rolunda;
  • Uilyam Şekspirin “Hamlet” tamaşasında "Hamlet" rolunda;
  • Anton Çexovun “Vanya dayı” tamaşasında "Voynitski" rolunda.

Filmoqrafiya

  • “Tahir və Zöhrə” (1945);
  • "İlya Muromets” (1956);
  • “Asiya üzərində tufan” (1965);
  • “İnqilab süvariləri” (1968);
  • “Qara konsulun məhvi” (1971);
  • “Azərbaycanfilm”in istehsal etdiyi “Qızılqaz” (1972) – Ağabala rolunda;
  • “Yaxın və uzaq illər” (1976).

Xatirəsi

Şükür Bürhanovun xatirəsinə "Xalq artisti Şükür Bürhanov" adlı film çəkilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şükür Bürhanov haqqında məlumat. Şükür Bürhanov nədir? Şükür Bürhanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Kim Cisu

  • Fevral 27, 2026

    Salvartıçay

  • Fevral 26, 2026

    Ayı

  • Fevral 27, 2026

    Rut Hendler

  • Mart 01, 2026

    Banska-Bistritsa

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst