Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur.
| Şövkət Səlimova | |
|---|---|
| |
| Doğum tarixi | 25 dekabr 1920 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2 iyul 1999 (78 yaşında) |
| Vəfat yeri | |
| Mükafatları | |
Həyatı
Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur.
1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.
1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Ailəsi
Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur.
Müharibə illəri
İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur.
Elmi-pedaqoji fəaliyyəti
1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir.
1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Mükafatları
- "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1971
- "Qırmızı Ulduz" ordeni
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
İrsi
2025-ci ilin oktaybrında "Şövkət" filmi təqdim olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şövkət Səlimova haqqında məlumat. Şövkət Səlimova nədir? Şövkət Səlimova nə deməkdir?
