İvan Puni (rus. Иван Пуни, fr. Jean Pougny; 22 mart (3 aprel) 1890[…], Repino[d] – 28 dekabr 1956[…], Paris) — rus əsilli avanqard rəssam (Suprematist, Kubist).
| İvan Puni | |
|---|---|
| fr. Jean Pougny rus. Иван Пуни | |
| |
| Doğum tarixi | 22 mart (3 aprel) 1890[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 28 dekabr 1956[…] (66 yaşında) |
| Vəfat yeri | |
| Həyat yoldaşı |
|
| Fəaliyyəti | rəssam, boyakar[d] |
| Təhsili | |
| Janrlar | portret, peyzaj, natürmort |

Həyatı
İvan Puni 20 fevral (4 mart) 1894-cü ildə Kuokkalada (indiki Rusiyada Repino) İtalyan mənşəli bir ailədə anadan olub. O, görkəmli İtalyan bəstəkarı, Cesare Puninin nəvəsidir.
1909–1910-cu illərdə Parisdə Julian Akademiyasında və müxtəlif atelyelərdə təhsil aldı. İvan Puni 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lübov Popova, İvan Kliun, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nadejda Udaltsova, Nina Genke və başqaları) olduğu, Supremus qrupuna qatıldı.
1915–1916-cı illərdə İvan Puni digər suprematist rəssamlar ilə Verbovka Kəndi Xalq Mərkəzində işləyib.
1919-cu ildə o, Vitebsk İncəsənət Məktəbində dərs verdi.
İvan Puni Kseniya Boquslavskaya ilə evləndi.
1920-ci ildə İvan Puni və Kseniya Boquslavskaya Almaniyaya və 1923-cü ildə Fransaya mühacirət etdilər. İvan Puni adını dəyişib Jean Pougny qəbul etmişdir. O, 1946-cı ildə Fransa vətəndaşı oldu.
Ivan Puni (Jean Pougny) 1956-cı ildə Parisdə vəfat edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İvan Puni haqqında məlumat. İvan Puni nədir? İvan Puni nə deməkdir?