Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu tə

İstiqraz

  • Ana Səhifə
  • Vikipediya
  • İstiqraz

İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər.

1910-cu ildə Bakıda buraxılmış istiqraz

İstiqrazlar- onları buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızlardır. İstiqrazlar təkrar bazarda təkrar satıla bilər. Daha sadə dildə belə izah edə bilərik:

– istiqrazlar – müəyyən edilmiş məbləği vaxtında ödəmək öhdəliyini əks etdirən sənəddir.

– istiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur.

– istiqrazlar təkrar satıla bilər, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə – vəsaiti alacaq şəxs dəyişir.

İstiqrazların emitenti kimdir?

İstiqrazların emitenti dedikdə, onları buraxan şəxs nəzərdə tutulur. Emitent qismində kommersiya təşkilatları, banklar və hətta dövlət orqanları çıxış edə bilərlər. Fiziki şəxslər emitent ola bilməzlər, onlar yalnız başqalarının qiymətli kağızlarını alıb-satmaqla məşğuldurlar.

Emitent olmaq olduqca çətindir, çünki istiqrazların emissiyası üçün öncədən icazə almaq, IPO keçirmək, bütün bunları qeydiyyata salmaq və s. tələb olunur.

İstiqrazların hansı növləri var?

– dövlət istiqrazları – ölkənin Mərkəzi Bankı, Maliyyə Nazirliyi və yerli mərkəzi və regional hakimiyyət orqanları tərəfindən buraxılır, az gəlirli hesab olunurlar (1-2%);

– korporativ istiqrazlar – müxtəlif sahələrdə böyük müəssisələr tərəfindən buraxılır, dövlət istiqrazları ilə müqayisədə daha çox gəlir gətirirlər (5-15%);

– birja istiqrazları – korporativ istiqrazlarının növlərindən biridir, birjalar tərəfindən buraxılır, adətən qısamüddətli olurlar;

Müddət baxımından istiqrazlar üç növə ayrılırlar:

– 5 il – qısamüddətli;

– 5-10 il – ortamüddətli;

– 10 ildən çox – uzunmüddətli;

İstiqrazların gəlirliliyi necə hesablanır?

İstiqrazların gəlirliliyini düzgün hesablamaq üçün riyazi formullardan istifadə edilir. Onlardan ən sadəsi “cari gəlirliliyin faizlə” (CY) olan hesablamadır.


CY= (Cr/P)*100%

Cr – illik kupon ödənişlərinin cəmi;

P – istiqrazların alış qiyməti;

İstiqrazların riskləri

Qeyd edək ki, istiqrazlar nisbətən etibarlı maliyyə alətidir. Onlardan üstün yalnız bank əmanətləri sayılır. İstiqrazların həssas olduğu yeganə şey inflyasiyadır, yəni istiqraz valyutasının digər valyutalara və mallara münasibətdə ucuzlaşması.

Digər risklərdən biri emitentin iflas (defolt) etməsidir. Mütəxəssislərin fikrincə, digər risklər o qədər də böyük deyil.

Həmçinin bax

  • Qiymətli kağız

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İstiqraz haqqında məlumat. İstiqraz nədir? İstiqraz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    13 aprel

  • Fevral 24, 2026

    II Marqrete

  • Fevral 24, 2026

    Ostan

  • Fevral 23, 2026

    Çənəsiqıllılar

  • Fevral 23, 2026

    Çiçək

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst