Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016),Azərbaycan Alpinizm Federasiyanın Baş kati

İsrafil Aşurlı

  • Ana Səhifə
  • Vikipediya
  • İsrafil Aşurlı

İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016),Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022–2024). dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı.

İsrafil Aşurlı
Azərbaycan Alpinizm Federasiyasının baş katibi
Vəzifədədir
9 sentyabr 2022-ci ildən
    PrezidentMuxtar Babayev
    Azərbaycan Alpinizm Federasiyasının prezidenti
    2010 – 9 aprel 2016
    ƏvvəlkiRasim Cəfərov
    Şəxsi məlumatlar
    Doğum tarixi 16 yanvar 1969(1969-01-16) (57 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
    Fəaliyyəti alpinist, iş adamı

    Təltifləri "Tərəqqi" medalı

    2007-ci ildə Everest (8848 m), 2009-cu ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-cu ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-cü ildə Makalu (8485 m) 2024-cü ildə Nanqa Parbat (8125 m) və Qaşerbrum II (8035 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır.

    Mündəricat

    Bioqrafiya

    İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur.

    İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur.

    Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir. 2000-ci ildə o, Himalay dağlarının Kançencanqa bölgəsinə turistik treninqə yollanmışdır.

    Yeddi zirvə

    Elbrus zirvəsi (5642 m) — Avropanın ən hündür zirvəsi.

    Sonrakı yeddi ildə İsrafil Aşurlı təcrübəli alpinistə çevrilmişdir. O, dünyanın bütün qitələrinin ən hündür zirvələrini fəth edən doqquzuncu alpinist olmuşdur.

    • 2001 — Kilimancaro — (5895 m) — Afrikada,
    • 2002 — Kostyuşko (2228 m) — Avstraliyada,
    • 2003 — Elbrus (5642 m) — Avropada (ümumilikdə 32 dəfə),
    • 2004 — Akonkaqua (6962 m) — Cənubi Amerikada,
    • 2005 — Mak-Kinli (Denali 6194 m)— Şimali Amerikada,
    • 2005 — Vinson massivi (4892 m) — Antarktidada,
    • 2007 — Comolunqma (Everest) (8848 m) — Asiyada.

    Vinson massivinin fəthi

    2005-ci ildə İsrafil Aşurlı Antarktidanın ən hündür zirvəsini — Vinson massivini (4892 m) fəth etmiş və qitənin ən hündür nöqtəsində Azərbaycan bayrağını ucaltmış ilk azərbaycanlı olmuşdur.

    Mak-Kinlinin fəthi

    2005-ci ilin iyununda "AlpIndustria" kompaniyası Şimali Amerikanın ən hündür zirvəsi — Mak-Kinli dağına ekspedisiya təşkil edir. "Vest Battres" marşrutu ilə yola düşən 7 nəfərlik qrupa, İsrafil "Ərəfat" ləqəbi ilə qoşulmuşdur. Qrupun tərkibində həmçinin digər həmyerlimiz Faiq Mursaqulov da var idi. Onlar dağın zirvəsinə doğru irəlilədikcə bir sıra çətinliklər çəkmişdir. Sərt iqlim şəraitinə uyğunlaşdıqdan sonra özündə yetəri qədər güc hiss edərək, 5 iyul tarixində İsrafil iki alpinist ilə birlikdə, əlverişli hava olduğundan zirvəyə çıxmağa cəhd etməyə qərara gəldilər. Digər alpinistlər isə zirvəni sadəcə səhəri gün fəth etməyi bacarmışdılar. Bununla da, İsrafil Aşurlı Şimali Amerikanın ən hündür zirvəsinə çıxmış ilk azərbaycanlı olub.

    Everestin fəthi

    2007-ci ilin mart ayının sonlarında "AlpIndustria" kompaniyasının "Yeddi zirvə klubu" proyekti çərçivəsində beynəlxalq eskpedisiya təşkil olunmuşdur. Ekspedisiyaya dünya şöhrətli alpinist Aleksandr Abramov rəhbərlik edirdi. Qrupda isə 17 alpinist, 4 bələdçi və 1 həkim yer almışdı. Alpinistlərdən biri də İsrafil Aşurlı idi.

    19 mayda Bakı vaxtı ilə saat 02:30 radələrində (UTC+04:00), 7 nəfərdən ibarət qrup Everestin zirvəsinə çatdılar. İsrafil Aşurlı dünyanın ən hündür nöqtəsinə Azərbaycan bayrağını sancdı və bu zirvəyə qalxa bilmiş ilk azərbaycanlı kimi tarixə düşdü.

    Qar bəbiri

    • 2004 — Lenin piki (7134 m) Pamirdə,
    • 2005 — Korjenevskaya piki (7105 m) Pamirdə,
    • 2006 — Kommunizm piki (7495 m) Pamirdə.
    • 2009-cu ildə İsrafil Aşurlı Tyan-Şan dağlarında iki istiqamətdə Xan-Tenqri (7010 m) və Qələbə ("Pobeda" 7439 m) pikinə çıxmışdır.

    Və beləliklə İsrafil Aşurlı keçmiş SSRİ-nin beş ən hündür zirvəsinin hamısını fəth edib və "Qar bəbiri" fəxri adını qazanan ilk və eqənə azərbaycanlı kimi tarixə düşür.

    Şimal qütbünün fəthi

    7 zirvə klubunun fəxri üzvü İsrafil Aşurlı bütün yeddi zirvəni fəth etmiş ilk azərbaycanlı olmuşdur. 2009-cu ilin 10 aprelində o, 111km-dən çox qar ayaqqabısı ilə piyada gedərək Şimal qütbünə çatdı. Bu ekpedisiya zamanı İsrafilin başına bir çox çətinliklər gəlmişdir: yola düşmə ərəfəsində xizəyi sınmış, qar ayaqqabısı ilə getməyə məcbur olmuş və buz qırılması nəticəsində zədə almışdır. Bu çətinliklərə baxmayaraq, İsrafil Şimal qütbünə çataraq Azərbaycan bayrağını oraya sancmışdır.

    Himalay və Qarakorum dağlarında dırmanma

    • 2003 — Paralapçe (6017 m) — Vladimir Şatayevlə birgə Everestin ilk fəthindən 50 illik yubiley ilə əlagədar.
    • 2007 — Everest (8848 m) — Sergey Kofanovun başçılığı altında "AlpIndustria" beynəlxalq ekspedisiyanın tərkibində (Rusiya).
    • 2011 — Aleksey Bolotov və Nikolay Totmyanin birlikdə dünyanın üçünücü ən hündür zirvəsi olan Kançencanqaya (8586 m) dırmanma.
    • 2019 — Aylend pik (6189 m) — iki dəfə
    • 2019 — Lxotze (8516 m)
    • 2019 — Manaslu (8163 m)
    • 2019 — Ama Dablam (6812 m)
    • 2022 — Broud-Zirvəsi (8051 m)
    • 2023 — Makalu (8485 m)
    • 2024 — Nanqa Parbat (8125 m)
    • 2024 — Qaşerbrum II (8035 m)

    Nailiyyətlər

    2011-ci ildə UİAA-nın (Beynəlxalq alpinizm və dırmanma federasiyası) buzadırmanma üzrə beynəlxalq komissiyanın baş katib vəzifəsinə təyinat almışdır. Buzadırmanma idman növünün inkişafı və bu idman növünün Qış Olimpiya Oyunlarının proqramına daxil olunması istiqamətində bir çox işlər görür. 2012-ci ildə İCİCC-də öz vəzifəsini saxlayaraq UİAA-nın gənclər komissiyasının prezidenti vəzifəsinə layıq görülür. Gənclər arasında alpinizm, qayayadırmanma və buzadırmanma, dünyanın 5 qitəsində 90-dan çox ölkədə aktiv həyat tərzinin inkişafına və populyaşdırmasına cavabdehdir. Beynəlxalq dərəcəli hakimdir. Buzadırmanma üzrə Dünya çempionatlarda və Dünya kuboklarda jüri heyətinin prezidentidir.

    Təltifləri

    • (04.03.2009) — "Tərəqqi" medalı

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsrafil Aşurlı haqqında məlumat. İsrafil Aşurlı nədir? İsrafil Aşurlı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Samir Cəfərov

    • Fevral 27, 2026

      Leninqradın blokadası

    • Fevral 27, 2026

      Təkər

    • Fevral 27, 2026

      Casearia albicans

    • Fevral 27, 2026

      Torpaq sahəsi

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst