Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsrafil Şahverdi oğlu Şahverdiyev (11 iyun 1952, Laçın rayonu – 13 yanvar 1994, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi

İsrafil Şahverdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • İsrafil Şahverdiyev

İsrafil Şahverdi oğlu Şahverdiyev (11 iyun 1952, Laçın rayonu – 13 yanvar 1994, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

İsrafil Şahverdiyev
İsrafil Şahverdi oğlu Şahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 11 iyun 1952
Doğum yeri Unannovu, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 yanvar 1994 (41 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Şəhidlər xiyabanı
Hərbi fəaliyyəti
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı — 19951995

Mündəricat

Həyatı

İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olmuşdur. 1959–1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.

Döyüşlərdə iştirakı

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısını məhv etmişdir.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmişdir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçmiş və qarşı tərəfdən atılan güllə onun həyatına son qoymuşdur.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ailəsi

Hökumə Şahverdiyeva ilə ailəli idi. Üç övladı qalıb.

Tətif və mükafatları

  • "Sultan bəy" mükafatını — 1990.

Milli Qəhrəman

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Xatirəsi

Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.

Ədəbiyyat

  1. "İsrafilin gündəliyindən sətirlər", "Şərq" qəzeti. - 2011. - 29 iyul. - Səh.5.
  2. "Laçınlı Milli Qəhrəmanlar: İsrafil Şahverdiyev", "Laçın yurdu" jurnalı, №1(1), 2011, Bakı, "Elm və təhsil", 2011.
  3. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 267.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsrafil Şahverdiyev haqqında məlumat. İsrafil Şahverdiyev nədir? İsrafil Şahverdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abxaziya apsarı

  • Fevral 27, 2026

    David Bakradze

  • Mart 01, 2026

    Tariyel İsmayılov

  • Fevral 27, 2026

    Dadaş Bünyadzadə

  • Fevral 27, 2026

    9 (ədəd)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst