İsmayıl Calallı (İsmayıl Calal oğlu Sadıqov; 24 may 1962, Xalisa, Vedi rayonu) — İnformatika terminlərinin izahlı lüğətinin müəllifi, texnika üzrə fəlsəfə doktoru.
| İsmayıl Calallı | |
|---|---|
| Doğum tarixi | 24 may 1962 (63 yaş) |
| Doğum yeri |
|
| Mükafatları | |
Həyatı
1962-ci il 24 may tarixində Vedi rayonunun Xalisa kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetində mexanika-riyaziyyat ixtisası üzrə ali təhsil alıb.
Azərbaycanda avtomatlaşdırma və proqramlaşdırma üzrə bir çox layihələrin rəhbəri olub. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi fəaliyyətlə məşğul olub.
Təhsil Nazirliyinin TİMS şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ümumtəhsil məktəblərinin 1–11 sinifləri üçün "İnformatika" dərsliklərinin (2006–2025) əsas müəlliflərindəndir.
Kitabları
- "Azərbaycan: Kim Kimdir…" kompakt-diski — Azərbaycanda ilk multimedia soraqçası (1998)
- Calallı İ., Kompüter. Bunu öyrənməyə nə var ki!.., Bakı, “Nurlar”, 2005, 2008, 2010. 384 səh.
- Mahmudzadə R., Sadıqov İ., İsayeva N., İnformatika. Ümumtəhsil məktəblərinin 1-11-ci sinifləri üçün dərslik komplekti. Bakı, “Bakınəşr”, 2006-2025.
- Calallı İ., Beynəlxalq İnformatika Olimpiadaları: 1989-2011. Bakı, “Bakınəşr”, 2012, 336 səh.
- Mahmudzadə R., Calallı İ., Əliyev A., Məktəblilərin İnformatika Olimpiadaları: 1989-2014. Bakı, “Bakınəşr”, 2015, 256 səh.
- Sadıqov İ., Mətnlərin mürəkkəbliyi və onun qiymətləndirilməsi yolları, 2012 (monoqrafiya), 72 səh.
- Calallı İ., İnformatika terminlərinin izahlı lüğəti (ingiliscə-rusca-türkcə-azərbaycanca). Bakı, “Bakınəşr”, 2017, 996 səh.
- "Mətnlərin mürəkkəbliyi və onun qiymətləndirilməsi yolları" monoqrafiya
- Mahmudzadə R., Calallı İ., C++ dilində proqramlaşdırmanın əsasları, Bakı, “Bakınəşr”, 2020, 384 səh.
- Mahmudzadə R., Calallı İ. İNFORMATİKA. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün əl kitabı, 1-ci hissə – “Bakı” nəşriyyatı, 2022, 328 səh.
- Mahmudzadə R., Calallı İ. İNFORMATİKA. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün əl kitabı, 2-ci hissə – “Bakı” nəşriyyatı, 2022, 340 səh.
- Calallı İ., Medvedyev M.. Proqramlaşdırma yarışlarına hazırlıq – Bakı: “Bakınəşr”, 2023, 512 səh.
Təltifləri
2008-ci ildə Rabitə ustası fəxri adına layiq görülüb.[mənbə göstərilməlidir]
2009-cu ildə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsmayıl Calallı haqqında məlumat. İsmayıl Calallı nədir? İsmayıl Calallı nə deməkdir?