Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələri

İran-Kontras qalmaqalı

  • Ana Səhifə
  • Vikipediya
  • İran-Kontras qalmaqalı

İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal.

Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts və 2001–2004-cü illərdə ABŞ-nin BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004–2005-ci illərdə İraqdakı səfiri, 2005–2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007–2009-cu illərdə ABŞ Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.

Nyu-York Tayms qəzetinin məlumatına görə ABŞ İran-Kontras əməliyyatı çərçivəsində İrana aşağıdakı silahları satıb:

  • 20 avqust 1984 – 96 ədəd "BGM-71 TOW" – Tank əleyhinə idarəolunan raket kompleksi
  • 14 sentyabr 1984 – daha 408 ədəd "BGM-71 TOW" raket kompleksi
  • 24 noyabr 1984 – 18 ədəd "MIM-23 HAWK" – Təyyarə əleyhinə orta radiuslu raketlər
  • 17 fevral 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi
  • 27 fevral 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi
  • 24 may 1986 – 508 ədəd "BGM-71 TOW" raket kompleksi, "MIM-23 HAWK" raketləri üçün 240 ədəd ehtiyat hissə
  • 4 avqust 1986 – "MIM-23 HAWK" raketləri üçün ehtiyat hissələr
  • 28 oktyabr 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İran-Kontras qalmaqalı haqqında məlumat. İran-Kontras qalmaqalı nədir? İran-Kontras qalmaqalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Fosfat

  • Mart 01, 2026

    Faiq Balabəyli

  • Fevral 27, 2026

    Bulqar dilləri

  • Fevral 27, 2026

    Şaumyan

  • Fevral 24, 2026

    Corc Soros

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst