Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İqor Dyakonov (tam adı: İqor Mixayloviç Dyakonov, rus. И́горь Миха́йлович Дья́конов; 30 dekabr 1914 (12 yanvar 1915), Petroqrad – 2 may 1999, Sankt-Peterburq) —

İqor Dyakonov

  • Ana Səhifə
  • Vikipediya
  • İqor Dyakonov

İqor Dyakonov (tam adı: İqor Mixayloviç Dyakonov, rus. И́горь Миха́йлович Дья́конов; 30 dekabr 1914 (12 yanvar 1915), Petroqrad – 2 may 1999, Sankt-Peterburq) — Rusiya və Sovet tarixçisi, şərqşünası və dilşünası.

İqor Dyakonov
rus. И́горь Миха́йлович Дья́конов
İ. M. Dyakonov (1991-ci il)
İ. M. Dyakonov (1991-ci il)
Doğum tarixi 12 yanvar 1915
Doğum yeri
  • Petroqrad, Rusiya imperiyası
Vəfat tarixi 2 may 1999 (84 yaşında)
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya
Dəfn yeri
  • Boqoslovskoye qəbiristanlığı[d]
Elm sahələri tarix, şərqşünaslıq, dilçilik
Elmi dərəcəsi
  • tarix elmləri doktoru (1960)
İş yeri
  • Rusiya Elmlər Akademiyası Şərq Əlyazmaları İnstitutu[d]
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Filologiya fakültəsi[d]
Tanınmış yetirmələri Tamaz Qamkrelidze, Maykl Heltser[d], Məhəmməd Dandamayev, Vladimir Yakobson[d]
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları "Qırmızı ulduz" ordeni

Mündəricat

Həyatı

Yaradıcılığı

İ. M. Dyakonovun işlətdiyi terminlərlə eyni olan buradakı terminlərdə bəzi fərqlər vardır. Bunlar müxtəlif oxunuşdan, müxtəlif ədəbiyyatdan gələn fərqlərdir. Sag-giga sözü aydındır: sag — şumer dilində ‘baş’ deməkdir, giga sözü isə ‘qara’ sözünü mühafizə edir — hərfən ‘başı qara’ — qarabaşlar mə’nasındadır.

Y. Yusifovun dediyi "kengir" sözünün izahına İ. M. Dyakonovda rast gəlirik. İ. M. Dyakonov göstərir ki, Şumer sözü mixi yazılarda Kİ. EN. Gİ işarəsi ilə yazılır. "Belə bir fikir yayılmışdır ki, bu sözü fonetik cəhətdən *Kegi(r) şəklində oxumaq lazımdır, çünki Şumer sözünün dialekt formasının prototipidir. Lakin k>ş dialekt keçidinə kifayət qədər inandırıcı dəlil yoxdur, ona görə də Kİ. EN. Gİ yazılış formasını Şumer oxunuşu ilə tərkibi ideoqram kimi düşünmək daha yaxşı olar". Buradan aydın olur ki, Kiengi (və başqa variantlardakı Kegir, Kengir) "Şumer" deməkdir.

Ki-en-gi sözünün etimologiyası haqqında vahid fikir yoxdur. Römer ki-egi şəklində ‘knyaz yeri’, ‘knyaz torpağı’ kimi izah etmişdir. Bizim fikrimizcə, Kİ. EN. Gİ — ilkin mə’nasına görə ‘allahın gəldiyi torpaq’ deməkdir: ki — ‘torpaq’, En(An) — şumerlərin allah adı, gi — ‘gəlmək’ sözüdür.

İ. M. Dyakonov şumerlərin taleyini daha yanlış düşünmüşdür: "Baxmayaraq ki, şumer dili sami-akkadlar tərəfindən sıxışdırıldı, lakin bir xalqın başqası tərəfindən fiziki sıxışdırılması baş vermədi; antropoloji tip dəyişmədi, mədəniyyətdə elə bir əsaslı dəyişiklik olmadı… Mahiyyət e’tibarilə sonrakı babillilər elə həmin şumerlər idi… lakin dillərini dəyişmişdilər".

İ. M. Dyakonovun şumer dili haqqında dediyi aşağıdakı sözləri eynilə türk dillərinə də aid etmək olar: "Fövqəladə mühüm fonetik qanun: ikihecalı əsaslarda samitlər arasında yalnız bu və ya digər bir sait işlənə bilər: gaba — ‘qrudğ’, ama "matğ", amar "detenış"… Bu, yəqin ki, çox qədim, lakin hər halda sonrakı hadisə olub, söz əsasının ilkin saitinin nədən ibarət olduğunu bildirir".

İ. M. Dyakonov şumer dilinin fonetik sistemini nəzərdən keçirərək e.ə. III minilliyin ortalarına aid şumer dili fonetik sistemi ilə II minilliyə aid hürri dili fonetik sistemi arasında yaxınlıq müşahidə etmiş və bu yaxınlığın qədim vahid substratdan gəldiyini güman etdiyini bildirmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İqor Dyakonov haqqında məlumat. İqor Dyakonov nədir? İqor Dyakonov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Royal

  • Fevral 27, 2026

    Sosial normalar

  • Fevral 27, 2026

    Ararat mərzi

  • Fevral 27, 2026

    Cəlilabad rayonu

  • Fevral 27, 2026

    Qobustan petroqlifləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst