Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İns

İqbal Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • İqbal Məmmədov

Məmmədov İqbal Nəriman oğlu (6 yanvar 1965, Rəzgov, Lerik rayonu) — Milli Məclisin deputatı.

İqbal Məmmədov
Şəxsi məlumatlar
Doğum adı Məmmədov İqbal Nəriman oğlu
Doğum tarixi 6 yanvar 1965(1965-01-06) (61 yaş)
Doğum yeri
  • Rəzgov, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Tərəqqi" medalı

Mündəricat

Həyatı

Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub. Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir. 1996-cı ildə "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib.

Asif Məmmədovun qardaşıdır.

Siyasi fəaliyyəti

2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis(VIçağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili seçilmişdir.

Təltifləri

  • Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.
  • Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Sədri V.İ.Matvienkonun sərəncamı ilə 27.03.2017-ci il tarixində “МПА СНГ 25 ЛЕТ” medalı ilə  təltif edilib.
  • Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin sərəncamı ilə 24 dekabr 2018-ci il tarixində  “Parlament” medalı ilə  təltif edilib.
  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə  təltif edilib.
  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə  təltif edilib.


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İqbal Məmmədov haqqında məlumat. İqbal Məmmədov nədir? İqbal Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Parağaçay

  • Fevral 27, 2026

    Actinodaphne

  • Fevral 27, 2026

    Rusiya himni

  • Fevral 27, 2026

    Ribosom

  • Fevral 27, 2026

    Zamiq Hüseynov

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst