Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İosif Rotter (alm. Josef Rotter‎, rus. Иосиф Роттер; 22 sentyabr 1867 – 1 fevral 1937, Vyana) — XIX əsrin ikinci yarısı — XX əsrin birinci yarısında yaşamış alm

İosif Rotter

  • Ana Səhifə
  • Vikipediya
  • İosif Rotter

İosif Rotter (alm. Josef Rotter‎, rus. Иосиф Роттер; 22 sentyabr 1867 – 1 fevral 1937, Vyana) — XIX əsrin ikinci yarısı — XX əsrin birinci yarısında yaşamış alman rəssamı.

İosif Rotter
alm. Josef Rotter‎
Doğum tarixi 22 sentyabr 1867(1867-09-22)
Vəfat tarixi 1 fevral 1937(1937-02-01) (69 yaşında)
Vəfat yeri
  • Vyana, Avstriya Federativ Dövləti[d]
Fəaliyyəti rəssam, illüstrasiyaçı[d], karikaturçu
Təhsili
  • Vyana İncəsənət Akademiyası[d]
Janrlar karikatur, kitab illüstrasiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vyana İncəsənət Akademiyasında oxumuşdur. Bir müddət Tiflisdə yaşamış, burada nəşr olunan jurnallara karikaturalar (1903–1905) çəkmişdir. 1906–1914-cü illərdə "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. Jurnalın fəailiyyətinin ilk dövründən Oskar Şmerlinqlə birgə işləyən İosif Rotter, "Molla Nəsrəddin" səhifələrində onun ideya ruhuna, dərin məzmunlu felyetonlarına uyğun ştrix rəsmli illüstrasiya və kəskin karikaturalarla çıxış etmişdir ("İbadət", "Yalançı alimlər", "Kənd yasavulu qeyri-mövsüm zamanı və məhərrəmlikdə", "Şeyx və çəyirtkələr"). İosif Rotter rusca çox zəif bilirdi. Mirzə Cəlil çəkiləcək rəsmlərin mövzusunu işarə ilə ona başa salar, Tiflisin müsəlman hissəsində, "Şeytanbazar" məhəlləsində yaşayan əhali arasından tiplər seçib ona göstərərək, bunlardan istifadə etməyi məsləhət görərdi. Firdovsinin "Şahnamə" poemasındakı "Rüstəm və Söhrab" dastanına və bir sıra erməni xalq dastanlarına illüstrasiyalar çəkmişdir.

Dəsti-xətti

İosif Rotterin qrafik dəsi-xətti aydın və anlaşıqlı olmaqla, rəsmlərində xırda ştrixlərə xüsusi əhəmiyyət verir, təsvirin, həcm və ölçülərin real alınmasına nail olurdu. O da "Molla Nəsrəddin" jurnalının ənənəvi mövzularına müraciət edirdi. "Bakı neft mədənlərində işsiz fəhlələr" (1908, № 4) rəsmində fəhlələrlə sahibkarların qarşı-qarşıya durması, "XX əsr. Qafqazda hürriyyət" (1906, № 7), "Bir gün var idi, bir gün yox idi" (1907, № 13) karikaturalarında erməni-müsəlman münaqişəsi və onu qızışdıran "Fitneyi-iblisi məlunlar" - çarizmin bədnam müstəmləkəçilik siyasəti ifşa olunurdu. "Ay Tehrani alan, ay şirin tehrani alan" (1908, № 27) karikaturasında İranın satqın hökmdarı Məhəmmədəli şahın gülünc təsviri verilmişdir.

Mirzə Fətəli Axundovun portreti

İosif Rotterin rəsmlərində ictimai motivlərə, personajların psixoloji xarakteristikasının təhlilinə meyil duyulur. "Molla Nəsrəddin" jurnalının 1911-ci il 42-ci nömrəsində çap olunmuş M.F.Axundovun yubileyinə aid rəsm onun ən uğurlu əsərlərindəndir.

Həmçinin bax

  • Oskar Şmerlinq
  • Əzim Əzimzadə
  • Molla Nəsrəddin

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇osif rotter sözünün mənası, i̇osif rotter haqqında məlumat. i̇osif rotter nədir? i̇osif rotter nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Aprel döyüşləri

  • Fevral 27, 2026

    Adhyatman

  • Mart 01, 2026

    Fumihiko Maki

  • Fevral 27, 2026

    İsa peyğəmbər

  • Mart 06, 2026

    PTRS

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst