İosif Abqaroviç Orbeli (rus. Ио́сиф Абга́рович Орбе́ли, erm. Հովսեփ Աբգարի Օրբելի; 8 (20) mart 1887[…], Kutaisi, Rusiya imperiyası – 2 fevral 1961[…], Leninqrad) — SSRİ şərqşünası və ictimai xadimi, SSRİ Elmlər Akademiyasının akademiki (1935), Ermənistan SSR Elmlər Akademiyasının akademiki və onun ilk prezidenti (1943–1947), 1934–1951-ci illərdə "Ermitaj"ın direktoru.
| İosif Orbeli | |
|---|---|
| erm. Հովսեփ Աբգարի Օրբելի | |
| |
| Doğum tarixi | 8 (20) mart 1887[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 2 fevral 1961[…] (73 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Elm sahələri | şərqşünaslıq, qafqazşünaslıq, filologiya, tarix, arxeologiya |
| Elmi adı |
|
| İş yerləri |
|
| Təhsili |
|
| Elmi rəhbəri | Nikolay Marr |
| Tanınmış yetirməsi | Boris Piotrovski |
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı
İosif Orbeli 8 mart 1887-ci ildə Rusiya imperiyasının Kutaisi şəhərində, erməni ailəsində anadan olmuşdur. Onun atası dövlət müşaviri, hüquqşünas Abqar İosifoviç Orbeli və anası knyaz qızı Varvara Moiseyevna Arqutinskaya-Dolqoruka olmuşdur. Ana tərəfdən babası Moisey Pavloviç Arqutinski Tiflis Şəhər Dövlət İdarəsi mənzil komissiyasının kollegial eksperti və mühasibi olmuşdur.
Atasının babası İosif Orbeli Lazarevski İnstitutunu bitirmişdi. Atası Abqar Obreli Sankt-Peterburq Universiteti, atasının qardaşları David və Amazasp Orbeli, eləcə də böyük qardaşları Ruben və Levon Orbeli də universitet təhsili almışdılar. Mixail Piotrovski İosif Orbelini "nümunəvi erməni-rus alimi" adlandırırmışdır. Orbeli 1906–1917-ci illərdə Ani qazıntılarında iştirak etmişdir. O, bu ərazidə yerləşən memarlıq abidələri haqqında hərtərəfli məlumat əldə etməyə kömək edən bələdçi kitabça nəşr etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İosif Orbeli haqqında məlumat. İosif Orbeli nədir? İosif Orbeli nə deməkdir?
