Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnqilab Kərimov Saleh oğlu (4 aprel 1931, Göyçay rayonu – 22 iyul 2011) — teatrşünas, professor (1988).

İnqilab Kərimov

  • Ana Səhifə
  • Vikipediya
  • İnqilab Kərimov

İnqilab Kərimov Saleh oğlu (4 aprel 1931, Göyçay rayonu – 22 iyul 2011) — teatrşünas, professor (1988).

İnqilab Kərimov
İnqilab Saleh oğlu Kərimov
Doğum tarixi 4 aprel 1931
Doğum yeri Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 iyul 2011 (80 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Tanınır teatrşünas

Mündəricat

Həyatı

İnqilab Kərimov 1931-ci il aprelin 4-də Göyçay şəhərində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır. 1957-ci il noyabrın 25-dən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışan Kərimov burada kiçik elmi işçi, baş elmi işçi (1966-1985) olub. O, as­pi­rant­lıq­dan şöbə mü­diri vəzifəsinədək yük­səlmiş və 1985-ci ildən ömrünün sonu­na­dək institutun Teatr, kino və televiziya şö­bə­sııində rəhbər vəzifəsini icra etmişdir.

İnqilab Kərimov 1963-cü ildə "Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)" adlı dissertasiyanı Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlikin dərəcəsi alıb. 1988-ci ildə professor elmi adına layiq görülən İnqilab Kərimov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

İnqilab Kərimov Azərbaycan teatrının tarixinə, teatr sənətinin müxtəlif problemlərinə, tənqidinə və nəzəri məsələlərinə həsr olunmuş yüzlərlə məqalənin, həmçinin 200-ə yaxın elmi əsərin, habelə 25 monoqrafiya və kitabın müəllifidir. Onun "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr", "Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam teatrı", "Azərbaycan teatrı 125" və s. əsərləri var. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. İnqilab Kərimov mətbuatda "İnqilab" imzası ilə çıxış etmişdir.

Ölümü

İnqilab Kərimov 22 iyul 2011-ci ildə uzun sürən xəstəlikdən sonra 80 yaşında vəfat edib.

Filmoqrafiya

  1. Gənclərin 50 yaşlı teatrı (film, 1979)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇nqilab kərimov sözünün mənası, i̇nqilab kərimov haqqında məlumat. i̇nqilab kərimov nədir? i̇nqilab kərimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Deklarativ proqramlaşdırma

  • Mart 06, 2026

    Pauropodlar

  • Fevral 27, 2026

    Insecta

  • Mart 01, 2026

    Sergey Filippov

  • Mart 06, 2026

    Peltast

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst