Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnna Valeryevna Rıskal (rus. Инна Валерьевна Рыскаль; 15 iyun 1944, Bakı) — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu.

İnna Rıskal

  • Ana Səhifə
  • Vikipediya
  • İnna Rıskal

İnna Valeryevna Rıskal (rus. Инна Валерьевна Рыскаль; 15 iyun 1944, Bakı) — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu.

İnna Rıskal
İnna Valeryevna Rıskal
Doğum tarixi 15 iyun 1944 (81 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Fəaliyyəti voleybolçu
Fəaliyyət illəri 1960–1977
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Əmək igidliyinə görə" medalı
SSRİ əməkdar idman ustası

Həyatı

İnna Rıskal 1944-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edib. "Xəzər qasırğası" təxəllüsü ilə şöhrət qazanıb.

Uğurları

Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunları və Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub.

O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.

1963-cü ildə keçirilmiş Avropa Çempionatında ilk dəfə çıxış edən həmyerlimiz qitə çempionu adını qazanmaqla çempionatda ilk dəfə iştirak edən "Gənc oyunçuların ən güclüsü" üçün təsis edilmiş mükafata yiyələnmişdir.

Bir il sonra 1964-cü il Tokio Olimpiya oyunlarında jurnalistlər İnnanı "Xəzər şimşəyi" adlandırırlar. Onda 19 yaşlı İnna vətənə gümüş medalla qayıdır.

1965-ci ildə İ.Rıskal Avropanın ən güclü voleybolçusu seçilir.

1966 və 1972-ci illərdə "Neftçi" klubunun tərkibində SSRİ çempionatının bürünc, 1967-ci ildə Azərbaycan yığma komandası ilə SSRİ çempionatının gümüş medallarına sahiblənir.

Təsadüfü deyil ki, İ.Rıskal və L.Buldakova sovet voleybolçuları arasında Olimpiya oyunlarının 2 qızıl və 1 gümüş medallarına yiyələnmiş yeganə nümayəndələridir.

2000-ci ildə İ.Rıskalın soyadı voleybolun vətəni sayılan Holyoke (ABŞ, Massaçusets ştatı) şəhərində yerləşən Voleybol şöhrəti zalında yazılıb. Keçmiş SSRİ-dən bu şərəfə layiq görülən ilk voleybolçudur. 15 il SSRİ yığmasının heyətində çıxış edən İnna Rıskal idman nailiyyətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni ilə mükafatlandırılıb.

İnna Rıskalın qazandığı nəticələr:

  • 1959-61-ci il – Məktəblilərin Ümumittifaq Spartakiadası. I yer.
  • 1963-cü il – Avropa Çempionatı. I yer.
  • 1964-cü il – Tokio Olimpiadası. II yer.
  • 1965-ci il – SSRİ spartakiadası. I yer.
  • 1966-cı il – SSRİ çempionatı. III yer.
  • 1967-ci il – Avropa Çempionatı. I yer. SSRİ spartakiadası. III yer.
  • 1968-ci il – Mexiko Olimpiadası. I yer.
  • 1970-ci il – Dünya çempionatı. I yer.
  • 1971-ci il – Avropa çempionatı. I yer.
  • 1972-ci il – Münhen Olimpiadası. I yer.
  • 1972-ci il – SSRİ çempionatı. II yer.
  • 1976-cı il – Monreal Olimpiadası. II yer.

İnna Rıskalın məşqçisi Şamil Şamxalov olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇nna rıskal sözünün mənası, i̇nna rıskal haqqında məlumat. i̇nna rıskal nədir? i̇nna rıskal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gəncənin bombalanması

  • Fevral 24, 2026

    Kipriya

  • Fevral 27, 2026

    Abid Şərifov

  • Mart 06, 2026

    İmran Xan

  • Fevral 27, 2026

    Volkswagen AG

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst