Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnna Osipenko-Radomska (ukr. Iнна Володимирiвна Осипенко-Радомская d. 20 sentyabr 1982; Xerson, Ukrayna) — Ukrayna və Azərbaycanı təmsil edən kanoeçi. Ukrayna y

İnna Osipenko-Radomska

  • Ana Səhifə
  • Vikipediya
  • İnna Osipenko-Radomska

İnna Osipenko-Radomska (ukr. Iнна Володимирiвна Осипенко-Радомская d. 20 sentyabr 1982; Xerson, Ukrayna) — Ukrayna və Azərbaycanı təmsil edən kanoeçi. Ukrayna yığmasının heyətində Sidney, Afina, Pekin və London Olimpiadalarına qatılıb və bir qızıl, iki gümüş, bir bürünc medal qazanıb. Azərbaycan yığmasının heyətində isə Rio-de-Janeyro Olimpiadasında qüvvəsini sınayan İnna Osipenko-Radomska bürünc medal qazanıb.

İnna Osipenko-Radomska
Şəxsi məlumatlar
Tam adı İnna Vladimirovna Osipenko
Vətəndaşlığı Ukrayna Ukrayna (1999—2014) →
Azərbaycan Azərbaycan (2014—2016)
Doğum tarixi 20 sentyabr 1982 (43 yaş)
Doğum yeri Xerson, Ukrayna SSR
Boyu 166 sm. (5 ft 6 in)
Çəkisi 63 kq
İdman növü Kanoe sprint
Karyera illəri —2016
Medallar
Dünya Çempionatı
Bürünc 2001 PoznanK-4 1000 m.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Karyerası

1999-cu il:

İnna Osipenkonun birinci beynəlxalq turniri 1999-cu ilin 22–25 iyulunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. İnna Osipenko bu çempionatda K2–500 və K4–500 turnirlərində mübarizə apardı. Əvvəlcə K4–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvləri 1:42.446 dəqiqə nəticə göstərdi və final mərhələsini doqquz yığma sırasında beşinci pillədə başa vurdu. Daha sonra isə K2–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvü 1:52.984 dəqiqə nəticə göstərdi və bu səfər də final mərhələsini doqquz idmançı sırasında beşinci pillədə başa vurdu.

2001-ci il

18 yaşlı İnna Osipenko 2001-ci ilin 22–26 avqustunda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Bu onun Dünya Çempionatlarında debütü idi. İnna Osipenko bu çempionatda K4–500 və K4–1000 turnirlərində mübarizə apardı. Avqustun 22-də baş tutan K4–500 turnirinin təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Anna Balabanova, İnna Osipenko, Nataliya Fexlisova və Tatyana Semıxinadan ibarət yığma 1:42.395 dəqiqə nəticə göstərdi və qrupu üçüncü pillədə başa vurdu. Bununla da yığma turnirin final mərhələsinə vəsiqə qazandı. Avqustun 26-da baş tutan final mərhələsində isə yığma 1:38.926 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən yığma Dünya Çempionatını dördüncü pillədə başa vurdu.

K4–1000 turnirində isə yığma medala sahib oldu. Avqustun 22-də baş tutan təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Anna Balabanova, İnna Osipenko, Nataliya Fexlisova və Tatyana Semıxinadan ibarət yığma 3:30.962 dəqiqə nəticə göstərdi və qrupu birinci pillədə başa vurdu. Bununla da yığma turnirin final mərhələsinə vəsiqə qazandı. Avqustun 25-də baş tutan final mərhələsində isə yığma 3:25.296 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Macarıstan və Polşa yığmalarından sonra üçüncü pillədə qərarlaşan yığma Dünya Çempionatının bürünc medallarına sahib oldu. Bu 18 yaşlı İnna Osipenkonun beynəlxalq turnirlərdə birinci ciddi uğuru idi.

Nəticə

  • q — Növbəti mərhələyə adladı
  • Q — Birbaşa final mərhələsinə adladı
  • DNF — Bitirmədi
  • DNS — Yarışmadı
  • DSQ — Kənarlaşdırıldı
Sıra
Tarix
Yarış
Şəhər
Turnir
Təsnifat mərhələsi
Yarım-final mərhələsi
Final mərhələsi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
1999
Gənclərin Dünya Çempionatı Xorvatiya Xorvatiya K4–500
1:42.446
5
K2–500
1:52.984
5
1999
Dünya Çempionatı Polşa Polşa K4–500
1:42.395
3 Q
1:38.926
4
K4–1000
3:30.962
1 Q
3:25.296
3

Həmçinin bax

  • Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İnna Osipenko-Radomska haqqında məlumat. İnna Osipenko-Radomska nədir? İnna Osipenko-Radomska nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Böyük Tağlar

  • Fevral 10, 2026

    Bağdad

  • Fevral 23, 2026

    Həvari Pavel

  • Fevral 27, 2026

    Beynəlxalq ticarət

  • Fevral 27, 2026

    Sinopsis

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst