Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmran Rəşid oğlu Əbilov (d. 23 oktyabr 1935, Mahmudavar, Masallı rayonu) — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989), Azərbaycan Ağsaqqallar Şurası

İmran Əbilov

  • Ana Səhifə
  • Vikipediya
  • İmran Əbilov

İmran Rəşid oğlu Əbilov (d. 23 oktyabr 1935, Mahmudavar, Masallı rayonu) — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989), Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, heyvandarlığa dair bir sıra kitabların müəllifi, Qarabağ müharibəsi veteranı.

İmran Əbilov
İmran Rəşid oğlu Əbilov
Doğum tarixi 23 oktyabr 1935 (90 yaş)
Doğum yeri Mahmudavar, Masallı, Azərbaycan SSR
Elm sahələri Kənd təsərrüfatı, heyvandarlıq, zootexnika
Mükafatları "Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı — 1989
"Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni "Xalqlar dostluğu" ordeni

Həyatı

İmran Əbilov 1935-ci ilin oktyabrın 23-də Masallı rayonunun Mahmudavar kəndində doğulmuşdur. 1953-cü ildə Lənkəran Pedaqoji texnikumunu bitirmiş, Masallı rayonu Boradigah kəndində müəllim işləmişdir.

1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü alaraq fərqlənmə diplomu ilə bitirmişdir. 1959–1962-ci illərdə Masallı rayonu Həsənli kəndində baş mütəxəssis, Masallı rayon Partiya komitəsində təlimatçı, rayon komsomol komitəsinin birinci katibi, Azərbaycan Mərkəzi Komsomol Komitəsində təşkilatçı, 1963–1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, 1969–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini, 1991–1997-ci illərdə Dövlət Quşçuluq Şirkətinin vitse-prezidenti, 1997–2011-ci illərdə Respublika Nazirlər Kabinetinin baş məsləhətçisi işləmişdir.

2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür.

Mükafatları

İki "Şərəf nişanı", bir "Xalqlar dostluğu" ordeni, "Yubiley" medalı, Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri fərmanı" və s. mükafatlarla təltif edilmişdir.

Azərbaycanda "Sovet-Hindistan", "Kuba-Azərbaycan", Hindistanda "Sovet-Hindistan" simpoziumlarının, Moskvada "Ümumdünya Baytarlıq", Misirdə və Bolqarıstanda "Beynəlxalq" və "Avropa", "Buffalo" Konqreslərinin təşkilində fəal iştirak etmişdir.

Dünyanın 5 alimi ilə birlikdə Misir Elmlər Akademiyasının və Beynəlxalq Konqresin Fəxri diplomu və medalı ilə təltif edilmişdir.

15-ə qədər kitab və tövsiyələrin, o cümlədən 2 memuar, 4 bədii-avtobioqrafik kitabın, 200-dən çox müxtəlif məqalənin müəllifidir.

Ailəlidir, 4 övladı, 8 nəvəsi vardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İmran Əbilov haqqında məlumat. İmran Əbilov nədir? İmran Əbilov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Çad Harli

  • Fevral 26, 2026

    Ölüm dərəsi

  • Fevral 27, 2026

    Sacilər dövləti

  • Fevral 27, 2026

    Rodop dağları

  • Fevral 27, 2026

    Adıgey dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst