İlyas Abbas oğlu İsmayılov (20 mart 1938, Tovuz – 17 fevral 2025, Bakı) — Azərbaycan dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Prokuroru və Azərbaycan Respublikasının ədliyyə naziri. Hüquq elmləri doktoru, Professor. Eks-millət vəkili. Ədalət Partiyasının sədri (2001–2025).
| İlyas İsmayılov | |
|---|---|
| |
| 2 iyul 2001 – 17 fevral 2025 | |
| Əvvəlki | vəzifə təsis edildi |
| Sonrakı | Mütəllim Rəhimli |
| 1993 – 30 mart 1996 | |
| Əvvəlki | vəzifə təsis edildi |
| Sonrakı | vəzifə ləğv edildi |
| 2006 – 2010 | |
| Seçki dairəsi | 2006 — 106 saylı Tovuz-Qazax-Ağstafa 2010 — 106 saylı Tovuz-Qazax-Ağstafa |
| Əvvəlki | vəzifə təsis edildi |
| Sonrakı | Ülviyyə Ağayeva |
Azərbaycan Demokrat Partiyasının həmsədri | |
| 25 aprel 1998 – Noyabr 2000 | |
| Həmsədr | Rəsul Quliyev |
| Əvvəlki | vəzifə təsis edildi |
| Sonrakı | vəzifə ləğv edildi |
Azərbaycan Demokrat Partiyasının sədri | |
| 30 mart 1996 – 25 aprel 1998 | |
| Əvvəlki | Sərdar Cəlaloğlu |
| Sonrakı | vəzifə ləğv edildi |
| 8 aprel 1992 – 13 yanvar 1995 | |
| Əvvəlki | Əlisaab Orucov |
| Sonrakı | Südabə Həsənova |
| 1985 – 29 avqust 1990 | |
| Əvvəlki | Abbas Zamanov |
| Sonrakı | İsmət Qayıbov |
| 1978 – 1985 | |
| Prokuror | Abbas Zamanov |
| Şəxsi məlumatlar | |
| Doğum adı | İlyas Abbas oğlu İsmayılov |
| Doğum tarixi | 20 mart 1938 |
| Doğum yeri | |
| Vəfat tarixi | 17 fevral 2025 (86 yaşında) |
| Vəfat yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Təltifləri | |
Həyatı
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub.
1955-ci ildə A. S Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib.1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub.
1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilə kimi Azərbaycan SSR Prokuroru olmuşdur.
1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək Moskova prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.
Səkkiz monoqrafiya və kitabçanın, 200-dən artıq elmi və publisistik əsərin müəllifidir. 1992-ci ildən "Azərbaycan Respublikasında demokratik islahatlar uğrunda" ictimai hərəkata rəhbərlik edib.
2024-cü ilin sonlarında insult keçirib, reanimasiyaya yerləşdirilib. 2025-ci ilin yanvarında komaya düşüb.
2025-ci il fevralın 17-də vəfat edib. Nardaran qəbiristanlığında dəfn olunub.
Siyasi fəaliyyəti
30 mart 1996-cı ildə sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası III Növbədənkənar (Birləşdirici) və IV (Birləşdirici) Qurultayda birləşmişdir. Birləşmiş partiyanın sədri İlyas İsmayılov seçilmişdir.
1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.
5 noyabr 2000-ci il parlament seçkilərində həm majoritar, həm proporsional seçki sistemi üzrə seçkilərə qatılmış Azərbaycan Demokrat Partiyası uğur qazana bilmədi. 1 gün sonra, yəni 6 noyabr 2000-ci ildə partiyanın həmsədri İlyas İsmayılov və tərəfdarları Azərbaycan Demokrat Partiyasından istefa verdi. Onlar Ədalət Partiyasının bərpası üçün çalışmış və 2 iyul 2001-ci ildə bərpa qurultayı ilə partiyanı yenidən təsis etmişdirlər.
2006-cı il mayın 13-də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İtaliya, Azərbaycan-Latviya, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarınının və Avropa İttifaqı−Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdur.
Ailəsi
Professor Zəkiyyə İsmayılova ilə ailə həyatı qurub, 2 oğlu var. Böyük oğlu Etimad İsmayılov Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, Mətin isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini, Nyu-York və Kolumbiya Universitetlərini bitirib. Etimad Azərbaycan və Türkiyədə, Mətin isə ABŞ-də Nyu-York şəhərində çalışır.
Mükafatları
"Xalqlar dostluğu" ordeni ilə təltif olunub.
Həmçinin bax
- Azərbaycan ədliyyə nazirlərinin siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlyas İsmayılov haqqında məlumat. İlyas İsmayılov nədir? İlyas İsmayılov nə deməkdir?
