İleş rayonu (başq. Илеш районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
| Rayon | |||||
| İleş rayonu | |||||
|---|---|---|---|---|---|
| Илеш районы | |||||
| |||||
| 55°26′45″ şm. e. 54°19′01″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Yaradılıb | 31 yanvar 1935 | ||||
| Sahəsi | 1973 km² | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | 34762 | ||||
| Poçt indeksi | 4522ХХ | ||||
| Rəsmi sayt | |||||
![]() | |||||
Rayonun inzibati mərkəzi Verneyarkevo kəndidir.
Coğrafi yerləşməsi
Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 1 985 km² təşkil edir. Ərazisindən Ağidel Syun və Baza çayları axır. Əsasən boz meşə və qara torpaqlar yayılmışdır. İqlimi mülayim, isti və bir az quraqdır. Ərazisinin 15,4 % meşələr tutur. Rayon ərazisindən neft, gil və qum-çınqıl qarışığı çıxır.
Tarix
İleş rayonu 31 yanvar 1935-ci ildə təşkil edilmişdir.
Əhali
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası İleş rayonu ərazisin milli tərkibi: başqırdlar — 78,8 %, tatarlar — 15,3 %, marilər — 2,6 %, ruslar — 1,9 %, digər millər — 1,4 %. Siyahıya alınmağa görə əhalinin milli tərkibi:
| İL | Başqırdlar | tatarlar |
|---|---|---|
| 1970 | 71 % | 21 % |
| 1979 | 79 % | 13 % |
| 1989 | 63 % | 30 % |
| 2002 | 80,5 % | 13,7 % |
| 2010 | 78,8 % | 15,3 % |
İnzibati-ətazi vahidləri
22 kənd inzivati vahidliyinə 87 yaşayış məntəqəsi daxildir
İqtisadiyyat
İleş rayonu əsasən aqrar rayondur. Ərazisinin 141,7 min ha kənd təsərrüfatına cəlb olunmuşdur (rayon ərazisinin 71,5 %). 29,7 min ərazi otlaq sahələridir. Kənd təsərrüfatının taxılçılıq, ətlik-südlük maldarlıq və donuzçuluq sahələri inkişaf etmişdir. Ərazisindən M-7 "Volqa" və Neftekamsk — Tuymazı mağıstralı keçir.
Sosial sfera
Rayon ərazisində 72 ümumtəhsil mərkəzi, 25 orta məktəb, 35 kütləvi kitabxana, 69 klub, mərkəzi rayon və 3 digər xəstəxana fəaliyyət göstərir. Burada əsasən tatar dilində «Mayak» qəzeti və onun rus və başqırd dillərində dublyajı buraxılır.
Tanınmış şəxsləri
- Musa Qareyev — iki dəfə Sovet İttifaqı Qəhrəmanı.
- Ənvər Abdillin — Sovet İttifaqı Qəhrəmanı.
- Robert Munnullin — Tatarıstan xalq şairi, Başqırdıstan Respublikası Əməkdar Mədəniyyət Xadimi.
- Rinat Xayri — Başqırd şair və yazıçı.
- İldus Timerxanov — uşaq yazıçısı.
- Sufiyan Povarisov — Başqırdıstanın xalq yazıçısı, filologiya elmləri doktoru, Başqırdıq Dövlət Universitetinin professoru
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İleş rayonu haqqında məlumat. İleş rayonu nədir? İleş rayonu nə deməkdir?
![Bayraq[d]](/uploads/wikipedia/2baf4b3b09c0a1e2428fff0041f992ed.png)
