Əbül-Haris İsa ibn Vərdan əl-Mədəni (ərəb. ابن وردان; v. 777) — on qiraət imamlarından Əbu Cəfər əl-Mədəninin iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "عى" hərfləridir.
| İbn Vərdan | |
|---|---|
| ərəb. ابن وردان | |
| Vəfat tarixi | 777 |
| Fəaliyyəti | üləma, qari |
Bioqrafiyası
Mədinəlidir. Ləqəbi "Həzzə"dir.
Qiraəti Əbu Cəfər əl-Mədənidən, Nafi ibn Əbdürrəhmandan və Şeybə ibn Nəsahdən öyrənmişdir. Ondan da ərz yolu ilə İsmayıl ibn Cəfər əl-Ənsari, Qalun və Vəqidi kimi şəxslər qiraət öyrənmişdir.
İbn əl-Cəzəri onu "usta muqri", "doğurdan da sağlam və etibarlı bir ravi" adlandırmış və hicri 160-cı (777) ildə vəfat etdiyini qeyd etmişdir.
Həmçinin bax
- İbn Cəmmaz
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Vərdan haqqında məlumat. İbn Vərdan nədir? İbn Vərdan nə deməkdir?