Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu (Institute of Electrical and Electronics Engineers, IEEE) – rabitənin fiziki səviyyəsini və OSI/ISO

İEEE

  • Ana Səhifə
  • Vikipediya
  • İEEE

Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu (Institute of Electrical and Electronics Engineers, IEEE) – rabitənin fiziki səviyyəsini və OSI/ISO modelinə uyğun olan lokal şəbəkədə kanalın səviyyəsini göstərən IEEE 802 standartının işləyib hazırlanması sayəsində məşhurlaşmış mühəndis gəlişdirmələri və elektronika sahəsində peşəkarların təşkilatı. 1963-cü ildə ABŞ-nin IAEE və IRE cəmiyyətlərinin birləşməsi nəticəsində yaranıb. 160 ölkədə 400 000-dən çox üzvü var. Texniki konfranslara, simpoziumlar və seminarlara təşkilatçılıq və sponsorluq edir, böyük nəşr və təhsil fəaliyyəti ilə məşğul olur.

Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu
IEEE
Loqonun şəkli
Tip ixtisaslaşmış təşkilat
Əsası qoyulub 1 yanvar 1963
Ölkə ABŞ
Şəhər Nyu-York
Sayt ieee.org/index.html
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
IEEE şirkətinin ofisi Nyu-York şəhərinin 3 Park prospektinin 17-ci mərtəbəsində yerləşir

1 yanvar 1963-cü ildə radioelektronika və elektrotexnika üzrə standartların hazırlanması sahəsində dünya lideri, texnika sahəsi üzrə mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan Elekrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE – Institute of Electrical and Electronics Engineers) əsası qoyulmuşdur. IEEE 1912-ci ildə yaradılmış Radiotexniklər İnstitutu (ing. Institute of Radio Engineers) və 1884-cü ildə yaradılmış nun (ing. American Institute of Electrical Engineers) birləşdirilməsi nəticəsində meydana gəlmişdir. IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnikası və informatikada elmi fəaliy-yətin təşkili və inkişafı üçün mütəxəssislərə informasiya və maddi dəstəyin verilməsi, onların nəticələrinin cəmiyyətin xeyrinə istifadəsi, həmçinin IEEE-nin üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir.

IEEE və onun qurucu təşkilatlarının tanınmış başçıları Elihu Tomson (AIEE, 1889–1890), Aleksandr Graham Bell (AIEE, 1891–1892), Charles Proteus Steinmetz (AIEE, 1901–1902), Robert H. Marriott (IRE, 1912), Lee De Forest (IRE, 1930), Frederick E. Terman (IRE, 1941), Villiam R. Hevlett (IRE, 1954), Ernst Veber (IRE, 1959; IEEE, 1963) və İvan Getting (IEEE, 1978).

Mündəricat

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
  • Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

Üzvülük

Tələbə üzvlər: Texnologiya və ya mühəndislik tələbələri
Üzvlər: Adi və ya peşəkar üzvlük haqqı texnologiya və ya mühəndislik sahəsində magistraturanı bitirmiş, ya da texnologiya və mühəndislik üzrə 6 il iş təcrübəsi olan şəxslərə verilir.
Cəmiyyət filialları:
Senyor üzvlər: Peşəkar üzvlər senyor üzv olmağa müraciət edə bilər. Senyor üzv olmaq üçün senyor, fellow və ya fəxri üzvlər tərəfindən 3 tövsiyə məktubu lazımdır və həmçinin texnologiya, təhsil, mühəndislik sahələrində nailiyyətlər qazanılmalıdır.
Fellow üzvlər: Fellow üzvlər müraciət əsasında deyil, başqalarının seçimi əsasında seçilir.
Fəxri üzvlər:
Ömürlük üzvlər:

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İEEE haqqında məlumat. İEEE nədir? İEEE nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Daymyo

  • Fevral 15, 2026

    Kilometr

  • Fevral 23, 2026

    Siyasi partiya

  • Fevral 10, 2026

    Svalbard

  • Fevral 23, 2026

    Nyu-Orlean

Trend Mahnılar
  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst