Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İştvan Mesaroş (mac. Mészáros István; 19 dekabr 1930, Budapeşt – 1 oktyabr 2017, London, İngiltərə, Birləşmiş Krallıq) — macar əsilli filosof və iqtisadçı, Sass

İştvan Mesaroş

  • Ana Səhifə
  • Vikipediya
  • İştvan Mesaroş

İştvan Mesaroş (mac. Mészáros István; 19 dekabr 1930, Budapeşt – 1 oktyabr 2017, London, İngiltərə, Birləşmiş Krallıq) — macar əsilli filosof və iqtisadçı, Sasseks Universitetinin (Böyük Britaniya) əməkdar professoru. 1956-cı ildə Sovet işğalından sonra Macarıstanı tərk etdi. Onu müasir Qərb marksizminin nümayəndələrinə aid edirlər. Həmçinin özünü post-marksist adlandırırdı.

İştvan Mesaroş
mac. István Mészáros
Doğum tarixi 19 dekabr 1930(1930-12-19)
Doğum yeri
  • Budapeşt, Macarıstan
Vəfat tarixi 1 oktyabr 2017(2017-10-01) (86 yaşında)
Vəfat yeri
  • London, İngiltərə, Birləşmiş Krallıq
Əsas maraqları fəlsəfə

Bioqrafiyası

İştvan Mesaroş fəhlə ailəsindən olub və anası tərəfindən böyüyüb. Müharibə şəraitində o, doğum haqqında şəhadətnaməni saxtalaşdıraraq on iki yaşında fabrikdə işləməyə başladı (işçiliyin minimum yaşı on altı idi). Gənc işçi olaraq, ilk dəfə beynəlxalq əmək istismarı — kişilər və qadınlar arasında əmək haqqı bərabərsizliyi ilə qarşılaşdı — onun xaricə məxsus müəssisədə (Standart radio fabriki) işləyən yetkin fəhlə yoldaşları macar işəgötürənində işləyən anasından daha çox maaş alırdı.

Mesaroş yalnız İkinci Dünya müharibəsi başa çatdıqdan və pulsuz təhsilin tətbiqindən sonra təhsil ala bildi. O, Budapeşt məktəbinə daxil olub — Budapeşt Universitetinin Estetik İnstitutunda Georg Lukaçın assistenti kimi çalışıb, 1954-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1956-cı ildə o, marksist və anti-stalinist yönümlü olan Eszmélet jurnalının icraçı redaktoru vəzifəsində çalışdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇ştvan mesaroş sözünün mənası, i̇ştvan mesaroş haqqında məlumat. i̇ştvan mesaroş nədir? i̇ştvan mesaroş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    E.ə. 560

  • Fevral 27, 2026

    Zarıs nahiyəsi

  • Fevral 27, 2026

    Universal Pictures

  • Mart 01, 2026

    Eyndhoven

  • Fevral 27, 2026

    Şimal-Qərb əraziləri

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst