Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xacə Nizaməddin Übeydullah əz-Zakani (fars. خواجه نظام الدین عبید الله الزاکانی‎; 1301 – 1371, Şiraz), daha çox Übeyd Zəkani (عبید زاکانی) kimi tanınır — Elxani

Übeyd Zəkani

  • Ana Səhifə
  • Vikipediya
  • Übeyd Zəkani

Xacə Nizaməddin Übeydullah əz-Zakani (fars. خواجه نظام الدین عبید الله الزاکانی‎; 1301 – 1371, Şiraz), daha çox Übeyd Zəkani (عبید زاکانی) kimi tanınır — Elxanilər dövlətində yaşamış fars şairi. O, fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunurdu. Onun ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o qorbeh"dir ("Siçan və pişik"). Çox məşhur bir şəxsiyyət olsa da, əsərlərinin əksəriyyətində təxribatçı və ədəbsiz mətnlərdən ibarət olduğu üçün Übeydin yaradıcılığına son vaxtlara qədər az diqqət yetirilirdi. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir.

Übeyd Zəkani
Doğum tarixi 1301(1301)
Vəfat tarixi 1371(1371) (69–70 yaşında)
Vəfat yeri
  • Şiraz, Mərkəzi bəxşi[d], Şiraz şəhristanı, Fars ostanı, İran
Fəaliyyəti yazıçı, şair
Tanınmış əsərləri Siçan və pişik

Mündəricat

Zəmin

Übeyd islam dövrünün əvvəllərində İranın şimalında Qəzvinə köçmüş ərəb qəbiləsi olan Bənu Xəfacənin nəslindən olan Zəkani ailəsindən idi. Zəkani ailəsi iki qoldan ibarət idi; biri din sahəsi ilə seçilir, digəri isə Übeydin mənsub olduğu mülkədar və bürokratlardan ibarət idi. Übeydin özünün 1319-cu ildən əvvəl Qəzvində anadan olduğu güman edilir. İran o zamanlar monqol Elxani hakimiyyəti altında idi və bu dövr geniş şəkildə fars poeziyasının qızıl dövrü hesab olunurdu.

Yaradıcılığı

Übeydin əsərlərinin çoxu farsca yazılmışdır. Buna baxmayaraq, onlardan bəziləri ərəbcə də qələmə verilmişdir və bu, onun yüksək səviyyəli təhsilini nümayiş etdirir. Übeydin ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o Qorbeh"dir ("Siçan və pişik"). İnsanların dini tənqid etdiyinə görə ölümlə üz-üzə qala biləcəyi bir dövrdə ərsəyə gətirildiyi üçün əsər riskli sayılırdı.

İrsi

Übeyd fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunur. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir. Britaniya şərqşünası Edvard Qranvil Braunun fikrinə görə, Übeyd "bəlkə də İranda ortaya çıxmış ən görkəmli parodist və satirik yazıçı" idi. Übeyd İrəc Mirzə ilə birlikdə İranın ən məşhur satiriklərindən biri hesab olunur

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Übeyd Zəkani haqqında məlumat. Übeyd Zəkani nədir? Übeyd Zəkani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Riçmond (Virciniya)

  • Fevral 17, 2026

    Özbəkistan

  • Fevral 27, 2026

    V Mehmed

  • Mart 01, 2026

    Reyçel Makadams

  • Fevral 27, 2026

    Nətənz

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst