Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çullu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il t

Çullu (Cəbrayıl)

  • Ana Səhifə
  • Vikipediya
  • Çullu (Cəbrayıl)

Çullu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Dağ Tumas kənd Sovetindən Çullu kəndi Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 23 avqust 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Çullu
39°12′15″ şm. e. 47°00′20″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 840 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Çullu xəritədə
Çullu
Çullu

Mündəricat

Toponimikası

"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"nə əsasən kənd ilkin adı Çollu olub. Bu ad hun mənşəli Çol tayfasının adı ilə bağlı idi.

Tarixi

Rusiya imperiyası illərində Çullu kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Sovet hakimiyyəti illərində kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində olub.

Birinci Qarabağ müharibəsi nəticəsində 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Daha sonra DQR rəhbərliyi kəndin ərazisini DQR-in Kaşatağ rayonuna daxil edib.

2020-ci il oktyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Çullu kəndinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini bəyan edib.

Əhalisi

“1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsinin əhalisi haqqında statistik məlumatların məcəlləsi”nə əsasən Cəbrayıl r-nunun Kövşütli kənd dairəsinin Çullu kəndində 22 tüstü və 88 azərbaycanlı (“tatarlar” kimi qeyd olunur) yaşayırdılar, dincə şiə və kəndli idilər.

1912-ci il üçün “Qafqaz təqvimi”nə əsasən, Qaryagin qəzasının Çullu kəndində “tatar” kimi qeyd olunan əsasən azərbaycanlılardan ibarət 165 nəfər yaşayırdı.

Azərbaycan SSR (AzNHU) Xalq Təsərrüfatı İdarəsinin 1933-cü ildə hazırladığı “ASSR-in inzibati bölgüsü” nəşrində 1933-cü il yanvarın 1-nə olan məlumata görə, Dağtumas kəndinin tərkibində olan Çullu kəndində Azərbaycan SSR Cəbrayıl rayon Sovetinin tərkibində 35 təsərrüfat və 184 nəfər sakin yaşayırdı. Kənd sovetinin bütün əhalisi azərbaycanlılar (mənbədə “türklər”) idi.

Həmçinin bax

  • Fuğanlı
  • Çələbilər
  • Minbaşlı
  • Çərəkən

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çullu (Cəbrayıl) haqqında məlumat. Çullu (Cəbrayıl) nədir? Çullu (Cəbrayıl) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İmpuls momenti

  • Fevral 25, 2026

    Beşiktaş

  • Fevral 27, 2026

    Portu

  • Fevral 27, 2026

    Amortizasiya

  • Fevral 27, 2026

    Məmlük

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst