Çin püstəsi (lat. Pistacia chinensis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü.
| Çin püstəsi | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Anacardioideae Cins: Növ: Çin püstəsi | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Çin püstəsi təbii olaraq, təpə və dağ meşələrdə, daşlı torpaqlarda, dəniz səviyyəsindən 100-3600 metrə hündürlükdə olan ərazilərində böyüyür. Onu Qitə Çini (ən şimali və ən qərbi hissələrindən istisnası ilə) və Tayvanda tapmaq olar.
Botaniki xarakteristikası
İkievli bitkidir. 5 m hündürlüyündə həmişəyaşıl, enli çətirli ağac və ya koldur. Gövdəsinin qabığı tünd rənglidir. Yarpaqları növbəli, cütlələkvaridir. Yaşılımtıl çiçəkləri xırda, sıx salxımşəkilli çiçək qrupuna toplanmışdır. Meyvələri 4–5 mm uzunluğunda çəyirdəkmeyvədir, ucu itidir. Abşeronda oktyabr-noyabr aylarında çiçəkləyir, meyvələri aprel-may aylarında yetişir. Toxumla çoxaldılır.
Ekologiyası
Şaxtaya davamsızdır, Abşeronun sərt şaxtalarında yerüstü hissəsi məhv olur, aprel-may aylarında yenidən bərpa olunur.
Azərbaycanda yayılması
Mərdəkan dendrarisində 2009-cu ildə introduksiya olunmuşdur. Abşeronda mədəni şəraitdə becərilir.
İstifadəsi
Abşeronda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə edilir. Erkək ağacdan qatran alınır. Mastikada 90%-dək rezin, qatran turşuları və 1-3% efir yağı vardır. Efir yağında pinen vardır ki, ondan diş plomblarının hazırlanmasında və yara sağaldan vasitə kimi həlimindən istifadə edilir.
Yarımnövləri
- Pistacia chinensis subsp. chinensis
- Pistacia chinensis subsp. integerrima (J.L.Stewart) Rech.f.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çin püstəsi haqqında məlumat. Çin püstəsi nədir? Çin püstəsi nə deməkdir?
