Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çet Beyker (23 dekabr, 1929 - 13 may, 1988) — Amerikalı caz müğənni və truba çalanı. XX əsrin ən məşhur caz ustalarından biri.

Çet Beyker

  • Ana Səhifə
  • Vikipediya
  • Çet Beyker

Çet Beyker (23 dekabr, 1929 - 13 may, 1988) — Amerikalı caz müğənni və truba çalanı. XX əsrin ən məşhur caz ustalarından biri.

Çet Beyker
Ümumi məlumatlar
Ləqəbi Chet
Doğum tarixi 23 dekabr 1929(1929-12-23)[…]
Vəfat tarixi 13 may 1988(1988-05-13)[…] (58 yaşında)
Vəfat yeri
  • Amsterdam, Şimali Hollandiya, Niderland
Vəfat səbəbi yıxılma[d]
Dəfn yeri
  • İnqlvud-Park qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, truba ifaçısı[d], bəstəkar, cazmen
Fəaliyyət illəri 1949–1988
Janr caz
Musiqi alətləri truba
Albom şirkətləri Columbia Records
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və Karyerası

Baker Oklahomanın Yale şəhərində musiqiçi ailəsində anadan olmuş və böyümüşdür. Onun atası, Chesney Baker Sr., peşəkar gitarist, anası, Vera Moser isə pianist olmuşdur. Baker ilk musiqi təhsilinə Glendale orta məktəbində başlasa da, 16 yaşındaykən ABŞ ordusunda xidmət etməyə başlamışdır. 1948-ci ildə ordudan ayrıldıqdan sonra Los-Ancelesdə musiqi təhsilini davam etdirmişdir. Lakin, təhsilini ikinci ilində yarımçıq saxlayaraq yenidən orduya qayıtmış, yalnız 1951-ci ildən sonra öz musiqi karyerasına başlamışdır. 1952-ci ildə Gerry Mulliganın rəhbərliyi ilə yaradılmış musiqi qrupu ilə birgə çıxışlarında öz soloları ilə qısa bir zamanda məşhurlaşan Baker daha sonralar yeni caz qrupu yaradaraq 1953 - 1956-cı illər ərzində bir neçə albom çıxartdı və bununla da caz ustası kimi adını tanıtdı. 1956 və 1959-cu illərdə Avropaya qastrol səfərərinə çıxmışdır. Lakin, 60-cı ildə Avropada qastrol səfərində olarkən üzərində narkotik maddə ilə yaxalanaraq İtaliyanın Pisa şəhərində həbs olunur. Bir müddət həbsdə olan, daha sonra isə 1966-cı ildə narkotik maddə almağa cəhd edərkən döyülərək xəsarət alan Baker uzun bir müddət trubada ifa edə bilmir. Beləliklə, 1960-cı illər ərzində musiqi karyerasında enişli dövrlər yaşayır. Musiqidən uzaqlaşdığı müddətdə yanacaqdoldurma məntəqəsində işləyir. Daha sonra yenidən caz karyerasına başlayan Baker əvvəl Nyu-Yorkda çıxışlar etsə də, 1970-ci illərdə Avropaya köçmüş və ömrünün sonuna qədər orada yaşamış və fəaliyyətinə davam etmişdir. Bu dövr onun musiqi karyerasının ən məhsuldar dövrü sayılır. 1983-cü ildə Britaniyalı musiqiçi Elvis Costello ilə birgə bir sıra məşhur musiqi əsərləri ərsəyə gətirmişlər. Onun ən çox dinlənilən əsərlərindən biri "Almost blue" məhz həmin dövrdə ifa edilib. 1987-ci ildə Yaponiyaya qastrol səfəri etmişdir. Bu onun sonuncu qastrolu sayılır. 13 May, 1988-ci ildə Amsterdamda yaşadığı otelin pəncərəsindən yıxılaraq ölmüşdür. Yaşadığı otel otağında heroin və kokain kimi narkotik maddələr tapılmışdı. Nəşi Kaliforniya ştatının İnglewood şəhərinə aparılaraq yandırılaraq dəfn edilmişdir.

Chet Baker (sağda) və Stan Getz, 1983

Xatirəsi

  • 1988-ci ildə Bruce Weber tərəfindən Chet Bakerin 50-ci illərdəki musiqi fəaliyyəti və narkotik aludəçiliyi barədə danışılan "Let's Get Lost" adlı sənədli filmi çəkilmişdir. 
  • Bundan başqa sənətkarın həyat və fəaliyyətindən bəhs edilən bir sıra əsərlər də yazılmışdır. "Chet Baker: Həyat və yaradıcılığı", "Bakerin uzun gecəsi", "Funny Valentine" və "Qanadlarım varmış kimi" kitabları onun haqqında yazılmış bioqrafiyalardan bəziləridi. 
  • 2013-cü ildə Chet Bakerə ithaf olunan "I Thought about You" adlı albomu işıq üzü görmüşdür.
  • 2015-ci ildə Bakerin 1960-cı illərdəki yaradıcılığından və narkotik aludəçiliyindən bəhs edən "Born to be Blue" filmi çəkilmişdi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çet beyker sözünün mənası, çet beyker haqqında məlumat. çet beyker nədir? çet beyker nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Haçabuynuz

  • Fevral 27, 2026

    Hammurapi qanunları

  • Mart 01, 2026

    Tomas Eliot

  • Fevral 27, 2026

    Isoptera

  • Mart 06, 2026

    Phyllanthus axillaris

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst