Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çatırgöl (Çatır göl; qırğ. Чатыр-Көл — «çatı, dam gölü») — Qırğızıstanın cənubunda, Mərkəzi Tyan-Şanda yerləşən axarsız göl. Göl Çatır-Kuls çökəkliyində, Toruqa

Çatırgöl

  • Ana Səhifə
  • Vikipediya
  • Çatırgöl

Çatırgöl (Çatır göl; qırğ. Чатыр-Көл — «çatı, dam gölü») — Qırğızıstanın cənubunda, Mərkəzi Tyan-Şanda yerləşən axarsız göl. Göl Çatır-Kuls çökəkliyində, Toruqart aşırımının yaxınlığındadır. Məhs bu aşırımdan Çin ərazisinə yol keçir. Çatırgöldən cənubda Toruqart keçid məntəqəsi yerləşir. Çatırgöl ölkənin Narin vilayəti ərazisinə daxildir.

Çatırgöl
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3.500 m
Eni 10 km
Uzunluğu
  • 23 km
Sahəsi
  • 181 km²
Həcmi 630 hm³
Dərin yeri 16,5 m
Yerləşməsi
40°38′ şm. e. 75°17′ ş. u.HGYO
Ölkə
  •  Qırğızıstan
Çatırgöl xəritədə
Çatırgöl
Çatırgöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Çatırgöl çuxuru tektonik mənşəlidir. Göl Atabaşı və Toruqart -Too silsilələri arasında, dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşir. Göl səthinin sahəsi 161,1 km², orta dərinlik - 5 metr, ən dərin yeri — 16,5 metrdir. Göl suyunun həcmi — 610 milyon m³-dir. Uzunluğu 23 km, eni isə 10 km-dir. Sahil xəttlərinin uzunluğu 58 km-dir.

Göl ətrafı ərazidə zəif parçalanmış göl-akkumulyativ düzənlik relyefi üstünlük təşkil edir. Gölün cənub-şərq sahilləri bataqlıq ərazidir, şimal hissəsi isə qayalıq relyefdir. Çatır-Kuls çökəkliyi kəskin kontinental iqlimə malikdir. Havanın orta illik temperaturu mənfidir (−5,6 °C). Qış aylarının minimum temperaturu −50 °C-dir. Yay aylarında ən yüksək temperatur göstəricisi+24 °C-dir. Orta illik yağıntının miqdarı aşağıdır 208—269 мм. İllik yağıntının80—90 % yay aylarında düşür. Göl əsasən qar suları ilə qidalanır. Gölə tökülən əsas çay Kekayqır çayıdır. Ümumən gölə 41 kiçik çay tökülür. Çaylar öz başlanğıcını Atabaşı və Toruqart silsilələrindən götürür. Göl suyu duzludur. Minerallaşma 1 litrə 0,5-1,0 milliqramdır. Xloridli, hidrokarbonatlı, natrium və maqnezium tərkiblidir. Duzluluq 2 promildir. Qış ayalrında göl səthini 0,25-1,5 metr qalınlığında buz qatı örtür. Göl suyu sarı-yaşıl rəngə çalır. 4 metr dərinliyə qədər su şəffafdır.

Çatır göl və ətraf 2 km-lik ərazi Karatal-Japırık Dövlət Qoruğunun ərazisində yerləşir. Ayrıca qoruğun bir hissəsi 2005-ci ilin noyabrından Ramsar Konvensiyasına uyğun olaraq beynəlxalq əhəmiyyətə malik bataqlıq ərazisi kimi tanınıb. Göl balıqsızdır. Baxmayaraq ki, oraya axan çaylarda bir neçə balıq növü aşkar edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çatırgöl haqqında məlumat. Çatırgöl nədir? Çatırgöl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarakilsə petroqlifləri

  • Fevral 25, 2026

    Rey Çarlz

  • Fevral 27, 2026

    Missisipi alliqatoru

  • Fevral 27, 2026

    Mühasib

  • Fevral 26, 2026

    Elastiklik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst