Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çalxanqala kurqanları — Naxçıvan şəhərindən 40 km şimal-qərbdə, Çalxanqala yaşayış yeri istiqamətində, Kəngərli rayonunun Çalxanqala kəndi yaxınlığında yerləşən

Çalxanqala kurqanları

  • Ana Səhifə
  • Vikipediya
  • Çalxanqala kurqanları

Çalxanqala kurqanları — Naxçıvan şəhərindən 40 km şimal-qərbdə, Çalxanqala yaşayış yeri istiqamətində, Kəngərli rayonunun Çalxanqala kəndi yaxınlığında yerləşən, e.ə II minilliyə — Son Tunc dövrünə aid edilən kurqanlar.

Çalxanqala kurqanları
Çalxanqala kurqanları
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Kəngərli rayonu
Yerləşir Çalxanqala
Aidiyyəti Son Tunc dövrü
Üslubu arxeoloji abidə
Eni 8-10 m
Çalxanqala kurqanları

Mündəricat

Haqqında

Kurqanlar konusvari formada olub, diametri 8-10 m, hündürlüyü 1,2 m-dir. Çalxanqala kurqanları altında dördkünc formalı torpaq qəbirlər yerləşir. Kurqanlardan gil məmulatı — çəhrayı astarlı qara qablar, o cümlədən boyalı qablar, boz rəngli qablar və sair, tunc xəncərlər, nizə ucları, skelet qalıqları, bəzək əşyaları — sancaq, düymə, muncuqlar və sair əşyalar tapılmışdır.

Kurqanlardan aşkarlanmış boyalı qablar Qızılvəng, Zurnabad, Nəhəcir, I və II Kültəpələrdən tapılmış qablarla tam oxşardır. Müxtəlif formalı boyalı gil qabların üzəri tünd qırmız rənglə örtülmüş, qara rəngli həndəsi naxışlarla bəzdilmişdir. Bu cür qabların Kür-Araz mədəniyyətinin təsiri ilə meydana çıxdığı ehtimal edilir.

Tunc xəncər yastı tiyəli və qısa dəstəklidir. Nizə ucları isə iki növlüdür. Boruşəkilli dəstəyi olan nizə ucu Orta Tunc dövrü üçün, romb formalı yastı nizə ucu isə Kür-Araz mədəniyyəti üçün səciyyəvi olub, Qobustan kurqanlarından tapılmış nizə ucları ilə oxşardır.

Çalxanqala kurqanlarında Yaxın Şərq ölkələrindən gətirilmiş göy şirli muncuqlar da aşkar olunmuşdur. Çalxanqala kurqanlarının tapıntıları Azərbaycanın, o cümlədən Naxçıvanın Tunc dövrü materiallarını və Yaxın Şərq ölkələri ilə qədim iqtisadi və mədəni əlaqələrini öyrənməyə imkan vermişdir.

Həmçinin bax

  • Çalxanqala qalası
  • Çalxanqala kəndi

Ədəbiyyat

  • V.H.Əliyev. Azərbaycan Tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı. 1977.
  • Алиев В.Г. Новые материалы о культуре росписной керамики в Азербайджане, "Советская археология". 1967, № 1.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çalxanqala kurqanları sözünün mənası, çalxanqala kurqanları haqqında məlumat. çalxanqala kurqanları nədir? çalxanqala kurqanları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Görkəmli şoumen

  • Fevral 27, 2026

    Hakodate

  • Mart 01, 2026

    Juvenalya Xabiarimana

  • Fevral 27, 2026

    Murad Mirzəyev

  • Fevral 27, 2026

    Yevrisak

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst