Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çərxçi — orta əsrlərdə Azərbaycanda, habelə bəzi qonşu Şərq ölkələrində xüsusi hərbçi süvari dəstəsinin döyüşçüsü.

Çərxçi

  • Ana Səhifə
  • Vikipediya
  • Çərxçi

Çərxçi — orta əsrlərdə Azərbaycanda, habelə bəzi qonşu Şərq ölkələrində xüsusi hərbçi süvari dəstəsinin döyüşçüsü.

Çərxçi dəstələri ən təcrübəli və cəsur döyüşçülərdən təşkil olunurdu. Döyüş, adətən, çərxçibaşının rəhbərliyi altında öz dəstəsi ilə meydana girməsi ilə başlanılırdı. Çərxçilərə rəhbərlik görkəmli əmirlərə etibar edilmişdir. XVI əsrin bir sıra yazılı mənbələrində, Çərxçi qoşunun önündə gedən, döyüş zamanında meydana öncə çıxarılan dəstə olmuşdur. Çərxçi qoşunu əsasən, Səfəvilər dövründə mövcud olmuşdur.1507-ci ildə I Şah İsmayılın əmirlərindən Xan Məhəmməd Ustaclu öz qardaşı Qara bəyi 600 nəfər süvarinin çərxçisi vəzifəsinə təyin etmişdir. Çərxçi vəzifəsi qoruqçu vəzifəsindən daha yüksək hesab edilərək qorçubaşı ilə eyni səviyyədə idi. Çərxçilərə rəhbərlik edən şəxs çərxçibaşı adlanırdı. I Şah İsmayıl 1514-cü ildə Osmanlı Sultanı I Səlimlə müharibə zamanı qorçu vəzifəsində olan Sarı Pir Ustaclunu çərxçi təyin edir. Sonra çərxçi vəzifəsində olan Sarı Pir Ustaclu bir dəstə çərxçi ilə birlikdə cəsarətlə Osmanlı ordusu üzərinə hücum etmşdir. I Şah İsmayıl bir dəstə bahadırı çərxçi təyin etmişdi. Tarixi mənbələrdən məlum olur ki, Osmanlı ordusunda da çərxçi hərbi hissəsi mövcud idi. Səfəvi Dövlətində Muçi, Qaziye-muəsgər (Əsgər qazisi), ləşgərnevis hərbi rütbələri də mövcud olmuşdu. Muçi qoşunda böyük əhəmiyyətə malik hərbi rütbə idi. Qaziye-muəsgər orduda şəriət qanunları əsasında hüquqi işlər aparırdı. "Xülasət ət-təvarix"də göstərilir ki, Müzəfərəddin Əli Encu qoşunda qaziye-muəsgər vəzifəsi ilə yanaşı sədr vəzifəsini də aparırdı.

1563-cü ildə isə dövrünün tanınmış alimlərindən hesab olunan Mirəla əl-Mülki Məreşi əsgər qazisi vəzifəsinə təyin edilmişdi. Ləşgərnevislər qoşuna aid məsələlərlə məşğul olub və xüsusi dəftərində lazımi qeydlər aparırdılar. Ləşgərnevevislər-Ləşgərnevisi-vəziri-sərkar, mülazim ağa və qulluqçulardan ibarət idi. Ləşgərnevislərin hesabına görə Səfəvi şahının ordusunda ustaclu tayfaından 16 min nəfər iştirak edirdi. I Şah Abbasın hakimiyyəti dövründə Ağa Şahəli Dövlətbəyi ləşgərnevis vəzifəsinə təyin edilmişdi.

Ədəbiyyat

  • Mustafa Çetin Varlık. Çaldıran savaşı. TDV İslâm Araştırmaları Merkezi. 1993.
  • The Eastern Islamic World, Eleventh to Eighteenth Centuries. Cambridge: Cambridge U, 2010 (PDF). Cambridge: Cambridge University Press. 2010.
  • Jean-Louis Bacque-Qrammont. Padişah ve Şah. 16. Yüzyıl Başında İyi Bilinmeyen Diplomatik Oyunlar Hakkında. Ondokuz Mayıs Üniversitesi Eğitim Fakültesi Dergisi. 1987.
  • R.Məmmədli; Ş.Qəmbərova. Tarixi romanlar müəllifi: Fərman Kərimzadə. metodik vəsait. F.Köçərli adına Respublika Uşaq Kitabxanası. 2022.
  • M. C. TEKİNDAĞ. Yeni Kaynak ve Vesîkaların Işığı Altında Yavuz Sultan Selim'in Îran Seferi. Tarih Dergisi. 1967.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çərxçi sözünün mənası, çərxçi haqqında məlumat. çərxçi nədir? çərxçi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Danqun Vanqqeom

  • Mart 03, 2026

    Erektil disfunksiya

  • Mart 01, 2026

    Elşad İskəndərov

  • Fevral 27, 2026

    Data mərkəzi

  • Fevral 10, 2026

    Skandinaviya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst